Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Naxçıvanda parlamen buraxılmayıb” – Daimi Nümayəndəlikdən qəribə açıqlama

Tarix 11.12.19, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


"Naxçıvanda parlament buraxılmayıb".

“AzPolitika.info” xəbər verir ki, bu qəribə açıqlamanı Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov verib.

Onun “Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib” (!) qeydi ilə paylaşılan açıqlamasında bildirilir: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilər "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Prezidentin müvafiq sərəncamına əsasən, 2020-ci il fevral ayının 9-da keçiriləcək seçkilərlə eyni günə ona görə təyin olunub ki, əlavə vaxt və vəsait itkisinə yol verilməsin”.

"Məhz buna görə Ali Məclis belə bir qərar qəbul edib", - deyə Bəxtiyar Əsgərov vurğulayıb. 

Bəxtiyar Əsgərovun açıqlaması ilə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sözügedən sərəncamı arasında bəzi ziddiyyətlər var. Əgər parlamentə növbədənkənar seçkilər təyin olunursa, bu, avtomatik hazırki heyətin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsidir. O zaman Naxçıvan parlamentinin buraxılmaması barədə bəyanat nə anlamına gəlir? Belə çıxır ki, Naxçıvan MR Ali Məclisinə seçkilər keçiriləcək, amma yeni seçilən deputatların səlahiyyət müddəti gələn ilin noyabrından başlayacaq?  

Ola bilsin, Daimi Nümayəndəliyin rəhbəri bu açıqlama ilə parlamentdə mütləq çoxluğun növbədənkənar seçkilərlə bağlı hər hansı mövqe ifadə etmədiyinə işarə vurub. Doğrudan da Naxçıvan Ali Məclisində Azərbaycan parlamentinini buraxılması proseduru təkrarlanmayıb. Ümumiyyətlə, bununla bağlı Məclisin iclası çağırılmayıb, Prezidentin müvafiq sərəncamına münasibət ifadə olunmayıb. Vasif Talıbov Prezidentin sərəncamına istinadla, seçkilərin yenilənməsi ilə bağlı sərəncam verməklə kifayətlənib. 

B.Əsgərovun açıqlamağı zəruri hesab etdiyi bəyanatda Naxçıvan parlamentinin yeni tərkibinin necə olacağı barədə də müəyyən işarələr var. Belə ki, açıqlamada Ali Məclisin yalnız seçki qrafiklərində fərqlərin yaranmaması üçün növbədənkənar seçkilərin təyin olunduğu qeyd olunur. Yəni, dolayısıyla tərkibin dəyişməsinə zərurət olmadığı vurğulanır. Hər halda B.Əsgərovun ictimaiyyətə duyurduğu mesajdan belə nəticə çıxarmaq olar...



Xəbərin oxunma sayı : 370




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap