Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Nazirlikdə bir neçə qruplaşma var, ən güclüsü...“ - Ekspert elə iddialar irəli sürdü ki...

Tarix 09.10.25, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


Ötən həftə Elm və Təhsil Nazirliyində çox ciddi səs-küyə səbəb olan kadr dəyişikliyi baş verib. Emin Əmrullayevin köməyi və şəxsi dəstəyi ilə Nazirliyə gələn, BMT-nin Beynəlxalq Əmək Təşkilatında çalışan tələbə yoldaşı Elnur Nəsibov və Peşə Təhsili Agentliyinin rəhbəri Ceyhun Kərəmov guya öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunub. Əslində isə işdən getdilər. Təhsilin İnkişafı Fondu, təhsil nazirinin müşaviri və mətbuatla, ictimaiyyətlə əlaqələr sektoru kimi bir çox sahələr Elnur Nəsibovun kurasiyasında idi. Maraqlıdır, necə oldu, nə baş verdi ki, Emin Əmrullayev ən yaxın dostlarından biri Elnur Nəsibovu bu işdə necə qurban verdi?”.

AzFakt.com Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.

“Elm və Təhsil Nazirliyində ciddi mövqe müharibəsi gedir. Büdcəni “yemək” üçün ciddi mübarizələr aparılır. Nazirlikdə bir neçə qruplaşma var. Bunların arasında ən güclü, əsas fiqur Elnur Əliyevdir. Zaman-zaman bütün agentlikləri ələ keçirir. Nazirlikdə dörd agentlik var. Niyə Elnur Əliyev Təhsil İnstitutuna gəldi? Çünki Əmrullayev İnstitutun rəhbəri olduğu müddətdə layihələrdə xeyli neqativlər var idi. Əmrullayev Əliyevi İnstituta gətirdi ki, neqativlərin üstü açılmasın, həm də “işlərinə” davam etsinlər. Sonra Elnur Əliyev Təhsildə Keyfiyyət Təminatı Agentliyini ələ keçirdi. Xüsusilə, Ülkər Səttarova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə getdikdən, Mehriban Vəliyeva deputat seçildikdən, Orxan Abbasov icra başçısı təyin edildikdən sonra Elnur Əliyev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyini ələ keçirdi. Hücum artıq Peşə Təhsili Agentliyinədir. Bildiyiniz kimi, Elnur Nəsibov da Peşə Təhsili Agentliyindən gəlmişdi. Əliyev Peşə Təhsili Agentliyini ələ keçirdi. Bundan sonra Eşqi Bağırov qalıb, tezliklə onun  da işdən azad olunması gözlənilir. Çünki Elnur Əliyev öz kadrlarını müavin kimi yerləşdirib. Artıq bir neçə regional idarənin rəisi Elnur Əliyevin kadrıdır. Təlimçiləri də öz kadrları hesab edir. Hazırda regionlarda direktorlar, vəzifədə irəli çəkilənlər də əsasən təlimçilərdir. Bax belə, şəbəkə böyüyür...” – o bildirib.



Xəbərin oxunma sayı : 1276




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap