Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nazirliyin sektor müdiri dindirildi- gəlinin dələduzluq əməlinə görə

Tarix 09.01.17, 19:34

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq polis rəisinin nazirlikdə işləyən anası Nigar Əkbərova da məhkəməyə gətirilib. O, keçmiş gəlinin dələduzluq əməllərinə görə şahid qismində ifadə verib.

Nigar Əkbərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayon şöbəsində sektor müdiri işləyir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Əkbərovanın qayınanası bildirib ki, zərərçəkən Dəyanət Məmmədovun saxta yolla Naxçıvan Dövlət Universitetində ikinci təhsil alması üçün tələbə kimi düzəldilməsindən məlumatı yoxdur.

Onun szölərinə görə, həmin vaxt Almaniyada olub: "Telefonlarım da sönülü olub. Heç kimlə telefonla danışmamışam".

Zərərçəkən Anarə Məmmədovanın vəkili Vasif İsrafilov mobil operatordan sorğu verərək alınan məktubu məhkəməyə təqdim edib.

Məktubda qeyd olunub ki, N.Əkbərova Almaniyada olarkən oğlu Mahir Əkbərovla bir neçə dəfə telefonla danışıb.

N.Əkbərova belə bir halın ola biləcəyini, amma unutduğunu deyib: "Ola bilər, universitetə qəbulla bağlı da nəsə soruşub, maraqlanıblar. Amma sənəd düzəldilməsində heç bir iştirakım olmayıb".

N.Əkbərova hakimin sualına cavab olaraq bildirib ki, işlədiyi dövlət qurumunda pensiyaların düzəldilməsi üçün heç bir saxta sənəd hazırlamayıb.

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunaraq həbs edilən Leyla Əkbərəovanın işi üzrə bir neçə nəfər zərər çəkib. Onlar da işə düzəlmək, təqaüdə çıxmaq üçün pulları zərərçəkmişlərdən biri olan Anarə Məmmədova vasitəsi ilə Leyla Əkbərovaya çatdırıblar. L.Əkbərova ilə A.Məmmədova bir neçə aylıq qohum da olublar. Belə ki, A.Məmmədovanın qardaşı ilə M.Əkbərovun qızı nişanlanıblar. Sonradan bu nişan pozulub. Bu iş üzrə ümumi dəymiş zərər isə 116 min manatdır.
 
Qeyd edək ki, vaxtı ilə 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova dələduzluq söhbətləri ortaya çıxandan sonra əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyib. 

O, pasportunu dəyişdirərkən “ASAN Xidmət”də saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.

Sabiq polis rəisi də deyilənlərin yalan olduğunu, bu işləri keçmiş arvadının etdiyini söyləyib.



Xəbərin oxunma sayı : 94




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap