Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“NBC Bank“ yarım milyona yaxın - ZƏRƏRDƏ

Tarix 09.07.19, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


"NBC Bank" 2019-cu ilin 2-ci rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən bankın xalis mənfəətində isə 1 milyona yaxın azalma olduğu kimi yarım milyona yaxın da faiz zərəri var.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "NBC Bank"ın cəmi aktivləri 293 mln. 711 min manat olub ki, bu da 2018-ci ilin yekun hesabatı ilə müqayisədə 10 mln. 335 min manat çoxdur. Bundan başqa bankın cəmi öhdəlikləri 2018-ci ilin yekunu ilə müqayisədə 10 mln. 104 min manat artaraq 235 mln. 378 min manat çatıb. Bankın balans kapitalı 0,5% azalaraq 58,332 milyon manata düşüb.

KREDİT PORTFELİ ARTIB, DEPOZİT PORTFELİ AZALIB

"NBC Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla) 213 mln. 645 min manat olub ki, bu da 2018-ci ilin yekun hesabatına görə 9 mln. 176 min manat çoxdur. Bankın müştərilərdən topladığı depoziti isə 5 mln. 357 min manat azalıb.

FAİZ GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ AZALIB

"NBC Bank" 2019-cu ilin 2ci rübündə 184 min manat xalis mənfəət əldə etsə də bankın faiz zərəri 423 min manat təşkil edib. Bankın xalis mənfəəti 2018-ci ilin yekunu ilə müqayisədə 965 min manat ötən ilin eyni dövrü ilə müqayisədə 90,1% və yaxud təxminən 10 dəfə azdır. Bankın faiz zərəri isə 2 mln. 697 min manat çoxalıb.

MƏCMU KAPİTALI CUZİ ARTIB

"NBC Bank"ın məcmu kapitalı 2018-ci ilin yekunu ilə müqayisədə cuzi artıb. Belə ki, 2018 -ci illə müqayisədə bankın məcmu kapitalı 244 min manat artaraq 57 mln. 332 min manat çatıb.



Xəbərin oxunma sayı : 229




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap