Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Öncə Hüseyn Abdullayevin mahnılarını oxudular, sonra isə... VİDEOLAR

Tarix 23.04.18, 21:59

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və bəstəkar Hüseyn Abdullayev həbs edilərək, Azərbaycana gətirilib. Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən “Quska” ləqəbli biznesmen Türkiyədə olarkən saxlanılıb. O, təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

H.Abdullayev həm də bəstəkar olaraq tanınır. Tanınmış müğənnilər illərlə onun mahnısını oxuyub. Daha sonra isə siyasi fəaliyyətinə görə bəziləri onun mahnılarından imtina edib, bəziləri də haqqında danışmağı rədd edib.

Musavat.com sözügedən mahnıların siyahısını hazırlayıb. Xalq artisti Zülfiyyə Xanbabayeva H.Abdullayevin mahnılarına müraciət edən müğənnilərdəndir. Onun “Azərbaycan” adlı mahnısının musiqisi Hüseyn Abdullayevə, sözləri İsmayıl Dadaşova məxsusdur. Bəstəyə Fuad Əlişov ekran həyatı verib.



Xalq artistinin ifa etdiyi “Səninlə”, “Sənsiz”  mahnılarının da musiqisi Hüseyn Abdullayevə, sözləri İsmayıl Dadaşova məxsusdur.



Bu bəstələrə də Fuad Əlişov ekran həyatı verib.



Əməkdar artist Röyanın da repertuarında “Quska”nın mahnıları xüsusi yer tutur. Röyanın ifa etdiyi “Səninəm”, “Sənə görə” mahnılarının müəllifi odur.



Hazırda ikili danışmır. Çünki H.Abdullayev bir neçə il öncə Röyaya qadağa qoyub. Belə ki, Röya hazırda fəaliyyət göstərməyən ANS televiziyasında çıxış edərkən simpatiya bəslədiyi ictimai-siyasi şəxslərin adlarını çəkərək, həmin şəxslərin onun sənətinə böyük qiymət verdiyini deyib.

Röya həmin şəxslərdən biri kimi SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adını çəkib. O, Röyanın Rövnəq Abdullayevə simpatiya bəsləməsini müğənninin əskikliyi kimi qiymətləndirib və onunla iş birliyinə son verib, “Sənə görə” mahnısından sonra Röyaya əsər verməkdən imtina edib.



Əməkdar artist Aygün Bəylər isə Abdullayevin bəstələdiyi “Ana” mahnısını ifa edib.  



Əməkdar artist Eyyub Yaqubov onun “Nədən” mahnısının ifaçısıdır.



Zakir Əliyevin “Vətən həsrəti” mahnısı da məşhurdur.



“Şeron” qrupunun repertuarında da Hüseyn Abdullayevin mahnılarına rast gəlinir. Onların ifa etdiyi və kifayət qədər sevilən “Mümkün deyil”, “Bu da keçər” mahnılarının sözləri və musiqisi keçmiş deputata məxsusdur.



Qrup ilə N.Abdullayevin arasında da qalmaqal yaşanıb. Belə ki, “Şeron” üzvləri onun bəstələdiyi “Susma” mahnısını ifa ediblər. Daha sonra N.Abdullayev sözügedən bəstəyə Azərbaycanda xalqı mübarizəyə səsləyən video-rolik hazırladıb. Bu isə ölkədə rezonans doğurub. Qrup üzvləri məsələ ilə bağlı mətbuat konfransı keçirib.

“Şeron” qrupunun üzvü Ülvi Cəfərov bəstəkar Hüseyn Abdullayevin internetdə yaydığı "Susma" klipi ilə heç bir əlaqəsi olmadığını, mahnının vətənpərvər mövzuda olduğu üçün oxuduqlarını bildirib. Onlar klipə görə mahnıdan imtina etdiklərini deyiblər.

Qeyd edək ki, “Susma” klipində Bakıda keçirilən aksiyalardan görüntülər yer alıb.





Xəbərin oxunma sayı : 1618




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap