Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

İndiyədək azad edilmiş ərazilərə iki mindən çox ailə köçürülüb - RƏSMİ

Tarix 08.08.24, 16:41

Font ölçüsü : - / +
bitmap-img6


İyulun 31-nə olan məlumata görə, azad edilmiş ərazilərə 2 036 ailə, yəni 7 901 nəfər köçürülüb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib k, Füzuli şəhərinə 822 ailə (3132 nəfər), Şuşa şəhərinə 147 ailə (570 nəfər), Laçın şəhərinə 552 ailə (2031 nəfər), Xocalı şəhərinə isə 44 ailə (169 nəfər) köçürülüb.

Bundan başqa, azad edilən Talış kəndinə 20 ailə (90 nəfər), Ağalı kəndinə 175 ailə (871 nəfər), Sus kəndinə 59 ailə (215 nəfər), Zabux kəndinə isə 217 ailə (823 nəfər) köçürülüb.

Qeyd edək ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin ərazilərdə ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən əhalinin doğma yurduna qayıdışı davam edir.

Şəffaflığı və ədalətliliyi təmin etmək üçün öncəliklə vətəndaşlar arasında püşkatma keçirilir, məcburi köçkünlər əvvəlcədən onların ailə tərkibinə uyğun olaraq ayrılmış mənzillərin yerləşdiyi bina və mərtəbənin yerini müəyyənləşdirilir. Püşkatmada iştirak etmiş sakinlər mərhələli şəkildə doğma yurdlarına köçürülür.



Xəbərin oxunma sayı : 649




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap