“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Neft Fondunun aktivləri 42,5 milyard dollara yaxınlaşır” - Şahmar Mövsümov

Tarix 26.09.19, 13:17

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) öz portfelində riskli aktivləri daha da artırmaq niyyətindədir”.

AzFakt.com xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan “Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” adlı konfransda Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib. 

O qeyd edib ki, ARDNF çox konservativ investisiya siyasəti həyata keçirir: 

“Lakin buna baxmayaraq, 2012-ci ildən Neft Fondu öz aktivlərində müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başlayıb. Bunlar özəl səhmlərin artırılması, daşınmaz əmlak investisiyaları və qızıl investisiyalardır. Fondun bu günə olan aktivləri təxminən 42,5 milyard dollara yaxınlaşır. Gələcəkdə də biz riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Burada əsas məsələ portfeldə sabit gəlirli qiymətli kağızların azaldılması və səhmlərin artırılmasıdır. Bununla bağlı da müvafiq təkliflər veriləcək”.

İcraçı direktor həmçinin vurğulayıb ki, yaradıldığı gündən bu vaxtadək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) idarəetmədən, yəni fondun sırf fəaliyyətindən asılı olan gəlirləri 6,2 milyard ABŞ dolları təşkil edib.



Xəbərin oxunma sayı : 742




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap