“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Neftçi” “Sumqayıt”ı məğlub edib - Məşqçi və futbolçular arasında dava düşüb + FOTO

Tarix 01.09.19, 22:45

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

”Report”un məlumatına görə, “Bakcell Arena”da “Neftçi” “Sumqayıt”ı qəbul edib.Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 33-cü dəqiqədə “Sumqayıt”ın yeni transferi Mehdi Şərifi açıb. O, qapıçı Səlahət Ağayevin kobud oyunundan sonra təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Şərifi bununla da qollarının sayını 3-ə çatdıraraq, bombardir olub.

“Neftçi” bu qola 64-cü dəqiqədə kapitan Emin Mahmudovun dəqiq zərbəsi ilə cavab verib.83-cü dəqiqədə Murad Xaçayev ikinci sarı vərəqə alaraq, qonaqları azlıqda qoyub. Meydan sahibləri say üstünlüyündən uzatma dəqiqələrində Stiven Jozef-Monrozun dəqiq zərbəsi ilə yararlana bilib. Bu qoldan sonra meydanda iki komandanın üzvləri arasında toqquşma baş verib. Nəticədə “Neftçi”nin məşqçisi Etibar Tanrıverdiyev “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovu vurub. Eyni zamanda müdafiəçilər Anton Krivotsyukla Vurğun Hüseynov mübahisə edib. Referi hər iki oyunçunu meydandan qovub.

Bununla da ilk qələbəsini qazanan “Neftçi” xallarını 4-ə çatdırıb və 5-ci pilləyə yüksəlib. 3 xalı olan “Sumqayıt” isə 6-cı pilləyə enib.



Xəbərin oxunma sayı : 454




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap