Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Neftçi“ Avroliqada mübarizəni dayandırdı

Tarix 15.08.19, 23:06

Font ölçüsü : - / +
bitmap-img6


"Neftçi” Avropa Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsarildə "Bney Yehuda”nın qonağı olub. Bu komandalar arasında avqustun 8-də Bakıda keçirilən ilk qarşılaşmada heç-heçə qeydə alınmışdı - 2:2. Bu səbəbdən "Neftçi" mərhələ adlamaq üçün qələbə qazanmalı və ya 2:2-dən daha böyük hesablı heç-heçə etməli idi.

Lakin "ağ-qaralar" bu vəzifənin öhdəsindən gələ bilməyib. Oyunda hesab 15-ci dəqiqədə açılıb. Dor Jan fərqlənərək meydan sahiblərini sevindirib. 66-cı dəqiqədə Tambi Saqas fərqi artırıb. Əlavə vaxtda isə Emin Mahmudoov "ağ-qaralar"ın təsəlli qolunu vurub. Beləliklə, 1:2 hesabı ilə uduzan "Neftçi" üçün bu mövsüm Avropa macərası başa çatıb.

Qeyd edək ki, "Bney Yehuda” Avropa Liqasının pley-off mərhələsində "Malmö” ilə qarşılaşacaq. İsveç təmsilçisi III təsnifat mərhələsində "Zrinski”ni (Bosniya və Herseqovina) mübarizədən kənarlaşdırıb (3:0, 0:1).

Onu da qeyd edək ki, "Neftçi" bu mövsüm Avropa Liqasında Moldovanın "Sperantsa" və Rusiyanın "Arsenal" klublarını mübarizədən kənarlaşdırıb.
 
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

15 avqust
Bney Yehuda (İsrail) - Neftçi (Azərbaycan) 2:1
Qollar: Dor Jan, 15. Tambi Saqas, 66 - Emin Mahmudov, 90+3.




Xəbərin oxunma sayı : 154




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap