Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Neftçi” böyük hesabla məğlub oldu

Tarix 23.01.18, 1:28

Font ölçüsü : - / +
bitmap-img6


Hazırlığını Antalyada davam etdirən “Neftçi” Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoxlama matçına çıxıb


Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” “SKA-Xabarovsk”la üz-üzə gəliblər.

Rusiyanın yüksək liqa klubu ilə qarşılaşma təmsilçimiz üçün uğursuz nəticələnib. Belə ki, ilk 10 dəqiqədə qapısında 3 cavabsız top görən Tərlan Əhmədovun yetirmələri fasiləyə 0:6 hesabı ilə geridə yollanıblar.

Rəqib ikinci hissəyə də qolla başlayıb. Matçın sonlarında isə komandalar hərəyə bir dəfə fərqləniblər və yekunda Rusiya klubu 8:1 hesablı qalibiyyətə sevinib.

Qeyd edək ki, “SKA-Xabarovsk” Premyer Liqada 20 turdan sonra 12 xal toplayıb və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Yoxlama oyunu

22 yanvar

“Neftçi” – “SKA-Xabarovsk” (Rusiya) - 1:8

"Neftçi"nin start heyəti: Rəşad Əzizli, Ruslan Abışov (k), Kirilo Petrov, İlkin Qırtımov, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Emin Mahmudov, Elnur Süleymanov, Rəhman Hacıyev, Fransisko Qarsia, Mirabdulla Abbasov

Ehtiyat oyunçular: Aqil Məmmədov, Elçin Əsədov, Fərid Abbaslı, İqnasio Errera, Roxdi Axente, İqor Sikorski.



Xəbərin oxunma sayı : 190




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap