Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Neftçi” klubuna yeni baş məşqçi təyin edilib – RƏSMİ

Tarix 08.06.18, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


“Neftçi” futbol klubunun Müşahidə Şurasının və təsisçilərin növbədənkənar Ümumi yığıncağı keçirilib.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda əsas komandanın baş məşqçisi postuna namizədin müzakirəsi aparılıb. Nəticədə italiyalı mütəxəssis Roberto Bordin bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, yeni baş məşqçi 1965-ci il yanvarın 10-da anadan olub. 2005-ci ildə futbolçu karyerasını bitirən Roberto Bordin elə həmin il məşqçiliyə başlayıb. İtaliyanın “Bolonya” (2005-2006), “Padova” (2006-2007), “Ellas Verona” (2007, 2010-2015), “Sassuolo” (2008-2009), Rumıniyanın ÇFR (2009-2010) klublarında məşqçi, İtaliyanın “Triestina” (2016) və Moldovanın “Şerif” (2016-2018) klublarında baş məşqçi vəzifəsində çalışıb. O, aprelin 24-də ailə vəziyyəti ilə əlaqədar “Şerif”dən istefa verib.

Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016 – 2018-ci illərdə çalışdığı “Şerif” onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub. 2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə “Qızıl skamya” mükafatına layiq görülüb.



Xəbərin oxunma sayı : 592




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap