Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Neftçi“nin adı və tarixi motivasiyadır“ - Qurban Qurbanov

Tarix 12.02.21, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


"İkinci dövrədəki 6:0 hesablı səfər qələbəsini unutmuşuq. Belə hesablar nadir hallarda olur. Bu, mövsüm ərzində hər komandanın başına gələ bilər. Biz böyük klublarda, çempionatlarda bunun şahidi olmuşuq".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "CBC Sport"a açıqlamasında "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur oyunu barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, həmişə "Neftçi"yə qarşı həddindən artıq ciddi hazırlaşıblar: "Hər zaman yaxşı komandaya qarşı oynadığımızı dərk etmişik. İnanıram ki, əvvəlki matçdakı hesabın bu qarşılaşmaya təsiri olmaz. Əksinə, futbolçular bu görüşə daha məsuliyyətli və ciddi yanaşmalıdırlar".

Qurbanov "Füzuli Məmmədovlu, yoxsa Samir Abasovlu "Neftçi"ni fərqləndirərdiniz" sualına belə cavab verib: "Həmişə həmkarlarıma hörmətlə yanaşmağa çalışmışam. Bir şeyi bilirəm ki, biz "Neftçi"yə qarşı oynayırıq. Fərqi yoxdur: orada kim olur-olsun, kim işləyir-işləsin. Bu komandanın adı və tarixinin özü motivasiyadır. Bu, bizim üçün ciddi siqnaldır. Bundan əvvəlki görüşdə Füzuli Məmmədov baş məşqçi idi. İndi isə Samir Abasov. O, istənilən sistemdə oyuna çıxa və istənilən dəyişikliyi edə bilər. Biz bir neçə varianta hazır olmalıyıq".

Baş məşqçi bəzi xırda problemlərin və mikrozədələrin odluğunu söyləyib: "Elə oyunçular var ki, tam bərpa olunmayıb. Sabah daha aktiv və daha sağlam kollektiv meydanda olacaq".

"Hazırlıq prosesi yaxşı gedir, ciddi hazırlaşırıq. Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qəbələ"ni üstələdikdən sonra Komandamızda müsbət əhval-ruhiyyə var, hər şey qaydasındadır".

Bunu isə "Qarabağ" komandasının kapitanı Maksim Medvedev deyib. 32 yaşlı müdafiəçi komandasını maraqlı oyunun gözlədiyini söyləyib: "Bilirik ki, əsas rəqiblərimizdən biri "Neftçi"dir. Qarşıdakı oyunda baş məşqçimiz Qurban Qurbanovun tapşırıqlarını yetirərək, ən yaxşısını etmək istəyirik. Qələbə qazana biləcəyimizə inanırıq".

Qeyd edək ki, fevralın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.
 



Xəbərin oxunma sayı : 841




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap