Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Neftçi“nin əsas transfer hədəfləri: 2 milli üzvü və “sambaçı“

Tarix 18.11.21, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


"Neftçi" müdafiənin sol cinahındakı problemləri aradan qaldırmaq üçün axtarışlara başlayıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, yayda fransalı Romen Baskı heyətinə qatan "ağ-qaralar" bu futbolçunun ümidləri doğrultmaması üzündən yeni variantları nəzərdən keçirir.

Son çempionun əsas hədəfi isə "Keşlə"nin və Azərbaycan millisinin üzvü Azər Salahlıdır. Mövsümün sonunda indiki klubu ilə olan müqaviləsinin müddəti başa çatacaq Azərin azad agent statusu ilə heyətə qatılması planlaşdırılır. Tərəflər indilik müqavilənin şərtlərini müzakirə etməsələr də, futbolçunun özünün də "xalq komandası"nın planından xəbəri var və o, şəxsən ağ-qara formanı geyinməkdə maraqlıdır.

Bakılılar eyni zamanda "Qəbələ"nin 27 yaşlı mərkəz müdafiəçisi Ruan Renatonu da diqqətdə saxlayır. Yayda "qırmızı-qaralar"la 1+1 illik anlaşma imzalayan Renatonun sərgilədiyi futbol baş məşqçi Samir Abasovun və rəhbərliyin ürəyincədir.

Flaqman yarımmüdafiə xəttini də gücləndirməkdə qərarlıdır. "Sabah"ın və yığmamızın futbolçusu Aleksey İsayev mövcud çatışmazlıqların qaydaya salınması baxımından ən yaxşı seçim hesab edilir. 2020-ci ilin yayında Masazır təmsilçisi ilə 3 illik müqavilə bağlayan İsayevi indiki iş yerindən "qoparmağın" planları cızılır. 



Xəbərin oxunma sayı : 460




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap