“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Neftin qiymətinin azalması ABŞ dollarına qarşı hücumdur“ - Qazaxıstanlı ekspert

Tarix 10.03.20, 15:44

Font ölçüsü : - / +
bitmap-img6


“Neftin qiymətinin kəskin azalması əslində böyük oyundur. Dünya maliyyə bazarına, daha konkret desək, ABŞ dollarına qarşı hücum var”.

Bunu “Report”a qazaxıstanlı politoloq və iqtisadçı Petr Svoik deyib.

O, bu hadisələri Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft qarşıdurmasının nəticəsi hesab edən bir sıra ekspertlərin fikirləri ilə razılaşmayıb: "Xatırladım ki, 2008-ci ilin dünya iqtisadi böhranı ABŞ bazarındakı maliyyə böhranından başlamışdı, ondan sonra da başqa məsələlər, o cümlədən neftin ucuzlaşması meydana çıxdı. İndi isə hamısı tam əksinə gedir. Əvvəlcə koronavirus çıxdı və bütün iqtisadiyyatı yavaşlatdı, ən əsası da dollar piramidasını bəsləmək imkanlarını da azaltdı. İndi də Rusiya əvvəlcə ABŞ şist neftini bazardan sıxışdırıb çıxartmaq üçün neftin qiymətini erkən azaltmaq üçün oyuna başlayır, daha sonra qaz bazarının növbəsi çatacaq. Bu ucuzlaşdırma oyunu yalnız ABŞ-dakı şist nefti hasilatının tam axırına çıxandan, bu sahədə çalışan şirkətlərin hamısı müflisləşəndən sonra başa çatdırıla bilər”.

Onun sözlərinə görə, belə olan halda neftin qiyməti 30-40 ABŞ dolları, bəlkə də 45 dollara çatacaq: "Hər halda ABŞ şist neftini sıxışdıracaq qiymət həddi olmalıdır. Bu qiymət uzun müddət saxlanılacaq, Rusiya üçün belə qiymət məqbuldur. Müharibə neft bazarı uğrunda yox, maliyyə bazarı uğrundadır”.

Ekspert həmin müharibəni ayrı-ayrı ölkələr arasında yox, ölkələr daxilindəki elit zümrələrin apardıqlarını diqqətə çatdırıb: “Bu müharibənin əsas mərkəzləri kimi Vaşinqton, Brüssel, London, Moskva rol oynayır. Təxmini ehtimala görə, əvvəlcə ümumdünya dollar piramidası çökdürüləcək, sonra isə qaliblər yeni oyun qaydalarını təyin edəcəklər. İqtisadi baxımdan bölünmüş o yeni dünyada valyuta hesablaşmalarının daha səmərəli, hamı üçün məqbul olan üsullarını, yəni təbii ki, rəqəmli və blokçeyn texnologiyalarına əsaslanan, banklardan və sələmçilikdən uzaq üsullarını irəli sürənlər liderliyə də yiyələnəcək”.

Ekspert, bununla yanaşı, ənənəvi iqtisadi gücləri də hesabdan silməməyi tövsiyə edib: "Post-dollar dünyasında təbii sərvətlərə malik ölkələr qalanlar üzərində şərtsiz üstünlüyə malik olacaq. ABŞ təbii sərvətləri ilə evində oturub Avropa üçün tədarükçü rolunu qırağa qoyacaq, əvəzində Rusiya Avropanı neft və qazla etibarlı şəkildə təchiz edəcək”.



Xəbərin oxunma sayı : 676




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap