Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Nəticə bizim üçün çox vacib idi“ - Qurban Qurbanov

Tarix 01.10.22, 22:13

Font ölçüsü : - / +
bitmap-img6


"Maraqlı oyun oldu. Azarkeşlər matçdan zövq aldılar. Nəticə bizim üçün vacib idi".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis ilk hissədə oyunçular arasında bəzi anlaşılmazlıqların olduğunu bildirib: "Buna normal baxıram. Futbolçular uzun müddət birlikdə deyil. Hər iki komanda çoxlu qol epizodları yaratdı. İlk dəqiqələrdən meydanda açıq futbol getdi. Rəqibin hər üzvünün ustalıq səviyyəsi və stadiondakı atmosfer də yaxşı idi. Belə azarkeş önündə oynamaq xoş oldu. Rəqibə uğurlar arzulayıram. Hesaba baxmayaraq çox səhvlərimiz oldu. Qarşıdakı matçlarda daha diqqətli olacağıq".

Baş məşqçi rəqibin texnikalı oyun sərgilədiyini diqqətə çatdırıb: "Neftçi"nin öz oyun üslubu var. Hər detalı açıqlasam, düzgün çıxmaz. Bəzi elementlərə hazırlaşmışdıq, pis də alınmırdı. Ümumilikdə yaxşı texniki futbol göstərməyi bacarırlar. Futbolçu seçimləri də maraqlıdır. Özlərini meydanda çox rahat hiss edirlər. Bu, hər komanda üçün çox vacibdir. “Neftçi” elə kollektivdir ki, istənilən rəqibə 5-6 qol vura bilər. Diqqətsiz yanaşsaq, hansısa epizodu nəzərdən qaçırsaq, cəzalanacağıq. İlk hissədə də belə oldu. Vaxt keçdikcə onları öz meydanlarında qarşılamağa başladıq. “Neftçi”yə qarşı oynamaq mənə xoşdur".

Qurbanov "Olimpiakos"la Avropa Liqasındakı matç barədə danışıb: "Azarkeşlərimiz həmişə bizə inanırlar və bütün görüşlərdə qələbə gözləyirlər. Onların bu istəyi bizi daha məsuliyyətli edir. Biz də çalışırıq ki, istənilən rəqib önündə yaxşı nəticə əldə edək. Mənim üçün bu qarşılaşmaya hazırlaşmaq çətin olacaq. Çünki "Olimpiakos"un yeni baş məşqçisinin hansı üslubda oyun seçəcəyini bilmirəm. Əməkdaşımız Yunanıstandadır, onların çempionat görüşünü izləyəcək. Qələbə qazanmaq şansımız varsa, bundan maksimum istifadə edəcəyik".

Mütəxəssis Marko Yankoviçin yüngül zədəsinin olduğunu deyib: "Monteneqro millisinin düşərgəsində zədə almışdı. Bu gün sanki yaxşı idi. İsinmə hərəkətlərindən sonra ağrı hiss etdi".

Baş məşqçi dekabradək sıx qrafiklə oynayacaqlarını bildirib: "Burada psixoloji yorğunluq, zədələr var. Vacib dönəmə başlayırıq. Əldə edəcəyimiz hər xal önəmlidir. İstənilən komanda ilboyu eyni formada ola bilməz. Düşünmədiyimiz rəqiblərlə matçlarda belə xal itirə bilərik. Komandanın performansını qorumağa çalışacağıq. “Sabah” və digərləri də bu çempionatda mübarizə aparacaq. Çox gərgin mübarizə gedəcək".



Xəbərin oxunma sayı : 901




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap