Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Neymar qalaktikadırsa, Mbappe əsl ulduzdur“ - əfsanəvi hücumçu

Tarix 23.04.19, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


Fransa millisinin sabiq üzvü Jan-Pyer Papen PSJ-nin hücumçuları Neymar və Kilian Mbappeni müqayisə edib.

Qol.az-ın "Le Parisien" nəşrinə istinadən yaydığı xəbərə görə, veteran futbolçu həmyerlisinin braziliyalıdan daha yaxşı olduğunu söyləyib. Papenin fikrincə, Paris klubunun əsas silahı məhz Mbappedir:

"PSJ-nin əsl silahı Neymar yox, Mbappedir. Əgər Neymar qalatikadırsa, Mbappe əsl ulduzdur. Son iki ildə braziliyalı hərdən nəsə yaxşı şeylər edib. Ancaq Kilian hər zaman sabit oynayır. O, hər cəhətdən inkişaf edir. Burada xüsusi nəsə danışmaq lazım deyil. Mbappe fərqli futbolçudur".

Əfsanəvi futbolçu Mbappenin hücumun sivri ucunda komandaya daha çox xeyir verə biləcəyini düşünür: "Başa düşmürəm, niyə o, cinahlarda oynayır. Düzdür, sürətlidir, rəqiblərini asanlıqla keçir. Amma Kilian həmin mövqelərdə hücumda olduğu qədər təhlükəli deyil. O da mənim kimi başla oynamağı bacarmır. Amma fürsət düşəndə başla da qol vurmalısan. Məncə, Mbappe məşqlərdə bunun üzərində heç işləmir. Qol epizodlarında sol ayağından az istifadə edir. Ümumiyyətlə, bu, ona lazımdırmı? Əgər sağ ayağı ilə 50 qol vurursa, ehtiyac yoxdur. Bir sərrast ayaq iki ortabab ayaqdan yaxşıdır".

Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-nin heyətində 30 qol vurub.



Xəbərin oxunma sayı : 583




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap