Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İnformasiya təhlükəsizliyinin təmini üçün rüblük xərclər 10 milyard dolları ötüb- İlk dəfə

Tarix 30.03.19, 23:50

Font ölçüsü : - / +
bitmap-img6


İnformasiya təhlükəsizliyinin təmini üçün rüblük xərclər ilk dəfə 10 milyard dolları keçib

“Canalys” analitik şirkəti 2018-ci ilin dördüncü rübündə dünyada informasiya təhlükəsizliyinin təmini üçün xərclərin ilk dəfə 10 milyard dolları ötdüyünü açıqlayıb. Mütəxəssislər informasiya təhlükəsizliyinin təmini üçün xərclərin artımını şirkətlərin kibertəhdidlərdən mühafizəni gücləndirməsi, eləcə də fərdi məlumatların məxfiliyinin təmini sahəsində tənzimləyici orqanların tələblərinə əməl olunması ilə bağlı əlavə tədbirlər görməsi ilə izah edirlər.

Ötən il dünyada informasiya təhlükəsizliyi investisiyalarının ümumi məbləği 37 milyard dollara çatıb ki, bu da 2017-ci illə müqayisədə 9 faiz çoxdur.

Şirkətə görə, kibertəhlükəsizliyin təmini üçün xərclərin ümumi məbləğinin 82 faizi ənənəvi olaraq avadanlıq və proqram təminatına sərf olunub. Daha 18 faiz virtuallaşdırma vasitələri, ictimai “bulud” servisləri və abunə üzrə informasiya təhlükəsizliyi xidmətlərinə xərclənib.

İstehsalçılar arasında qüvvələr nisbətinə gəldikdə isə informasiya təhlükəsizliyi bazarının lideri ötən ilin oktyabr-dekabrında bazar payı 10 faizədək olan “Cisco” şirkəti olaraq qalır. İkinci yerdə 7 faiz iştirak göstəricisi ilə “Palo Alto” şirkəti qərarlaşıb. Sonrakı mövqelərdə hər birinin töhfəsi 6 faizə bərabər olan “Check Point”, “Fortinet”, “IBM” və “Symantec” şirkətləri yer alıb.

Ekspertlər qeyd edir ki, əksər şirkətlər informasiya aktivləri, kompüter avadanlıqları və şəbəkə infrastrukturunun, eləcə də əməkdaş və müştəri məlumatlarının mühafizəsinə böyük diqqət yetirsə də, ötən il kibertəhlükəsizlik üçün xərclər qlobal informasiya təhlükəsizliyi xərclərinin ümumi həcminin 2 faizini təşkil edib. Lakin yeni, təkmil kibertəhdidlərin yaranması qaçılmaz olduğuna görə şirkətlərin kibermühafizə üçün xərcləri artmaqda davam edəcək.

“Canalys” şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ilədək informasiya təhlükəsizliyi bazarının həcmi pul ifadəsində 42 milyard dolları ötəcək(azərtac).



Xəbərin oxunma sayı : 466




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap