Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İnformatika fənni qəbul imtahanına salınacaq - Tədrisində ciddi problemlər var - Video

Tarix 13.05.22, 19:58

Font ölçüsü : - / +
bitmap-img6


2023-2024-cü il ali məktəblərə qəbul imtahanlarında 1-ci ixisas qrupuna informatika fənni də daxil ediləcək. Belə ki, bu qrupdakı bəzi ixtisasları seçmək istəyən abituriyentlər kimya fənninin əvəzinə informatikadan biliklərini sınayacaqlar. Həmin ixtisaslar isə informasiya təhlükəsizliyi, kompyüter elmləri və kompyüter mühəndisliyi istiqamətləri ilə bağlıdır.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov deyir ki, qəbul imtahanlarına daxil edilsə də, orta ümumtəhsil  məktəblərində informatika fənninin tədrisində ciddi problemlər var. Söhbət həm maddi-texniki baza, həm də müəllimlərin hazırlıq səviyyəsindən gedir.

Kamran Əsədovun sözlərinə görə , beynəlxalq olimpiadalarda bu fənn üzrə uğur əldə edən şagirdlərin də bir çoxu xüsusi lisey və gimnaziyaların yetirmələridirlər.  Ekspert problemin xüsusilə bölgələrdə daha çox yaşandığını bildirir. 

Kamran Əsədovun fikrincə, problemlərdən biri də sözügedən fənn üzrə dərs saatlarının az olmasıdır. Ekspert yaxın 5 il ərzində bu fənnin digər qruplar üzrə qəbul imtahanlarına salınmasını mümkün hesab etmir. Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirildi ki, İnformatika fənninin qəbul imtahanına  daxil olunması ilə bağlı işlər aparılır və porses yekunlaşdıqdan sonra  icitmaiyyətə ətraflı məlumat veriləcək. 







Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap