Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İngiltərə Premyer Liqası:“Mançester Siti” “Arsenal”ı məğlub etdi

Tarix 13.08.18, 2:00

Font ölçüsü : - / +
bitmap-img6


Avqustun 12-də İngiltərə Premyer Liqasının birinci turunun sonuncu oyunu keçirilib.

Azərtac xəbər verir ki, son çempion “Mançester Siti” doğma meydanda “Arsenal” klubunu qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab 14-cü dəqiqədə açılıb. Rəhim Sterlinq rəqibin üç müdafiəçisini keçərək qapıya dəqiq zərbə vurub – 1:0. Qoldan sonra irəli atılan qonaqlar Pep Qvardiolanın yetirmələrinin qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq hesab dəyişilməyib.

Fasilədən sonra hücumlarını davam etdirən “Mançester Siti” 77-ci dəqiqədə ikinci topu qonaqların qapısından keçiriblər. Benjamen Mendinın künc zərbəsindən ötürməsini Bernardo Silva qolla tamamlayıb – 0:2. Bu qol oyunda sonuncu olub. Beləliklə, “Mançester Siti” İngiltərə Premyer Liqasının birinci turunda ilk qələbəsini qazanıb.

Qeyd edək ki, “Arsenal” növbəti turda səfərdə “Çelsi” klubu ilə, “Mançester Siti” isə doğma meydanda “Hadesfild” komandası ilə üz-üzə gələcək.



Xəbərin oxunma sayı : 184




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap