Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Nişanlım istəsə, müğənniliyi ataram“ - Sevda

Tarix 09.06.20, 19:04

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Sevda Yahyayeva həkim nişanlısı Zakir Bayramovdan danışıb.

Axşam.az xəbər verir ki, "MTV Azərbaycan"da qonaq olan sənətçi nişanlanması haqda məlumatın yayılmasını istəmədiyini bildirib. O qeyd edib ki, toyla bağlı heç bir plan qurmayıb:

"İstəyirdim sürpriz olsun, xəbər yayılmasın. Amma yazıldı və məcbur mən də açıqlama verdim. Nişanlım məni televizorda, tədbirlərdə görüb və izləyirmiş. Mənə yazmazdan əvvəl proqramda görüb və sosial şəbəkədə yazıb. Nömrəm onda olmadığı üçün İnstaqramda yazmalı olub. Deyir ki, əvvəl çox düşündüm, sonra qərara gəldim və yazdım. Qismət, mən də o qədər mesaj arasından ona cavab vermişəm".

Heç vaxt xəyal qurmamışam ki, mənim belə gözəl gəlinliyim, dəbdəbəli toyum olsun. Əsas odur ki, xoşbəxt ailə həyatım olsun. Karantin düşdü, biz də nişanlımla bir-birimizi tanımağa vaxtımız oldu. Ailədə xoşbəxtliyi bir-birini anlamaqda, qarşılıqlı anlayışda görürəm. Bu varsa, hər şey yaxşı olacaq. Sevgi də bundan sonra başlayır".

Sevda nişanlısının ona sənəti ilə bağlı qadağalar qoymadığını açıqlayıb:

"Sənətimi, səhnədə olmağı çox sevirəm. Amma qadağa qoysa, sənətdən getməyimi istəsə, onunla dava etmərəm. O, mənə bununla bağlı qadağa qoymur. Qarşı tərəfdən dəstək var. Lakin gələcəkdə seçim qarşısında qalsam, əlbəttə ki, ailəmi seçərəm".



Xəbərin oxunma sayı : 880




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap