İrem Derici reanimasiyaya yerləşdirildi Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm” "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi Müğənni Nüşabə Ələsgərli qəza törədib
Axtar
 
  • / Maqazin / — 19 Sentyabr 2017

    İrem Derici reanimasiyaya yerləşdirildi

  • / Maqazin / — 16 Sentyabr 2017

    Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm”

  • / Maqazin / — 14 Sentyabr 2017

    "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi

  • / Maqazin / — 12 Sentyabr 2017

    Müğənni Nüşabə Ələsgərli qəza törədib

  • / Maqazin / — 12 Sentyabr 2017

    Elza: “Bəziləriniz yerinizdə sayırsız, şükür edin ki, hələ də sizi sayırıq”

  • / Maqazin / — 12 Sentyabr 2017

    “5 yaşında nəvəm var” - Roza Zərgərli

“Nikoil Bank”- da sahibkarlardan “şapka” alan Vano kimdi?

Tarix 06.09.17, 0:43

Font ölçüsü : - / +
bitmap-img6


Nikoloz Şurqaia bankdakı bütün kredit əməliyyatlarını gürcü əsilli dostlarına tapşırıb

Son aylar qeyri insani-münasibətlərin və iqtisadi maxinasiyaların tüğyan etdiyi banklardan biri olan və neqativ informasiyalarla ölkədə gündəmdən düşməyən “Nikoil Bank”dan gələn hər yeni “xəbər” insanları təəccübləndirməyə bilmir. 

AzFakt.com ötən həftə qeyd etmişdi ki, “Nikoil Bank”ın yeni rəhbəri Nikoloz Şurqaia rəhbərliyə gəldiyi gündən yerli işçilərə qarşı qeyri-insani rəftar nümayiş etdirir. Bank rəhbərinin yerli işçiləri “gözümçıxdı”ya salması səbəbindən bankda çalışan həmvətənlərimiz sosial vəziyyətlərinin ağırlığına baxmayaraq “könüllü ərizə” yazaraq iş yerlərindən gedirlər. 
“Nikoil Bank”ın rəhbəri Nikoloz Şurqaia ilə bağlı olan digər təəssüfedici xəbər isə bank rəhbərinin “Facebook” sosial şəbəkəsində ermənilərlə yaxından dostluq eləməsidir. Amma bu dostluq təkcə sosial şəbəkə ilə bitmir. İddiaya görə “Nikoil Bank”ın rəhbəri səfər etdiyi Avropa ölkələrində ermənilərlə tez-tez məclislərdə olur. Əslində xarici bir vətəndaşın ermənilərlə dostluq etməsinin, yazışmalarının bizə dəxli yoxdur. Amma Nikoloz Şurqaia  Azərbaycanda çalışır, Azərbaycan isə Ermənistanla müharibə vəziyyətindədir. Onun yazışdığı ermənilərin əksəriyyəti Azərbaycana qarşı radikal münasibət nümayiş etdirir, ölkəmizə qarşı anti-təbliğat aparırlar. 

bitmap-img6

Əldə etdiyimiz məlumata görə, Nikoloz Şurqaia bankda əsas maliyyə işlərini öz yaxın adamlarına tapşırıb. Bildirilir ki, “Nikoil Bank”dan ölkədə fəailiyyət göstərən azərbaycanlı sahibkarlara verilən böyük məbləğlərdə kreditlərlə bank sədrinin yaxın dostları - gürcü əsilli şəxslər məşğul olur. 
Bu barədə AzFakt.com-a verilən məlumatda iddia olunur ki,  Nikoloz Şurqaianın ən böyük etimad bəslədiyi makler isə milliyətcə gürcü olan Vano adlı şəxsdir. Bu şəxsin həyata keçirdiyi kredit proseslərindəki rəqəmlər ilkin olaraq altı rəqəmdən başlayır. Ancaq bu heç də aşağı rəqəmlərlə kreditlərin azərbaycanlı işçilər tərəfindən verilməsi demək deyil. Belə ki, “Nikoil Bank”da aşağı rəqəmli kreditlərin də əksəriyyətini əcnəbi işçilər həyata keçirir. Bu işlərdə Nikoloz Şurqaiaya Vano ilə bərabər kömək edənlərdən biri də İrakli adında daha bir gürcü vətəndaşıdır. 

Qeyd edək ki, Vano “Nikoil Bank”da outsource xidmət müqaviləsi əsasında çaılışır. Kredit götürmək istəyən yerli biznesmenlərdən “şapka” almağın “peşəkar”ı olan Vanonun bir müddət əvvəl avtomobil qəzası keçirdiyi deyilir. Məlumata görə, hazırda Vano Gürcüstanda müalicə olunduğu üçün, “Nikoil Bank”ın kredit xidmətində ciddi durğunluq yaranıb. Belə ki, bankdan kredit götürmək istəyən sahibkarlara heç bir səbəb göstərilmədən bir müddət gözləmələri tövsiyə olunur. 

Sonda xatırladaq ki, “Nikoil Bank”ın İdarə heyətinin sədri Nikoloz Şurqaianın Azərbaycana, xalqımızın adət-ənənələrinə, faciələrinə də biganə münasibət bəslədiyi deyilir. Ona bu günədək “20 Yanvar” və “Xocalı faciəsi” və digər rəsmi günlərdə Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı ziyarət etmək təklif olunub. Amma gürcü bank rəhbəri həmişə bundan imtina edib, ziyarətə işçilərini göndərməklə kifayətlənib. Nikoloz Şurqaianın ölkəmizə qarşı biganəliyinin, hörmətsiz münasibətinin səbəbini isə bilən yoxdu.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 1675

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda