Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Nikoyl Bank” iflas edir? - 45 milyon manat zərər

Tarix 19.07.18, 3:49

Font ölçüsü : - / +
bitmap-img6


"Nikoyl Bank”ın bu ilin I yarısı üzrə maliyyə göstəriciləri məlum olub. 

AzFakt.com-un məlumatına görə, tia.az bankın hesabatına istinadən xəbər verir ki, rekord zərər qeydə alınıb. Belə ki, 2017-ci ilin birinci yarısında 580 min manat xalis mənfəət əldə edən Bank bu ilin eyni dövründən 45,861 milyon manat zərərlə çıxıb.

6 ay ərzində "Nikoyl Bank”ın faiz gəlirləri 32,601 milyon manat, faiz xərcləri 8,338 milyon manat, qeyri-faiz gəlirləri 3,545 milyon manat, qeyri-faiz xərcləri 10,239 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 63,43 milyon manat təşkil edib.

Bu il iyulun 1-nə "NikoylBank”ın aktivləri 446,473 milyon manat olub ki, bu da illik müqayisədə 8% çoxdur. Bunun 207,978 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,8% böyüyüb.

Hesabat dövründə "Nikoyl Bank”ın öhdəlikləri 5,7% artaraq 392,524 milyon manata çatıb. Bunun 257,077 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 9,6% böyüyüb.

Maliyyə qurumunun Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyiisə 7,45% azalaraq 37,3 milyon manata düşüb.

İl ərzində "Nikoyl Bank”ın balans kapitalı isə 28,8% artaraq 53,949 milyon manat təşkil edib.



Xəbərin oxunma sayı : 652




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap