Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İnternetdə tanış oldu, görüşdü, sonra şəklini çəkib... – Abşeronda olay

Tarix 30.04.18, 2:36

Font ölçüsü : - / +
bitmap-img6


Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Roland Abdıyevin barəsində olan hökmdən verilmiş kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Roland Abdıyev internetdə tanış olduğu Abşeron rayon sakini Sevda Mehdiyeva ilə (ad və soyad şərti verilib) yaxın münasibətdə olduqdan sonra əlindəki özəl görüntülərlə onu şantaj etməklə hədələyib.

Qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Ötən il noyabrın 6-da Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 100 manat alarkən Ağstafa rayon sakini Roland Abdıyev tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Roland Abdıyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Roland Abdıyevin apelyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Roland Abdıyevin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.

Bu qərardan yenə də narazı qalan Roland Abdıyev kasasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Roland Abdıyevin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən baş tutan prosesdə Roland Abdıyevin kasasiya şikayətinin dəlilləri araşdırılıb. Kasasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib.

Roland Abdıyevin kasasiya şikayəti təmin edilməyib.



Xəbərin oxunma sayı : 1498




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap