Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İntiharlarla bağlı hökumətə çağırış - “Azərbaycanda sosial problemlər...”

Tarix 17.04.19, 17:23

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər Azərbaycanda intiharlarla bağlı xəbərlər intensivləşib. Cəmiyyəti uçuruma aparan bu cür halların səbəbləri  ilə bağlı fərqli fikirlər səsləndirilir.

Mövzu ilə əlaqəli siyasətçi, Ümid partiyasının sədri İqbal Ağazadə “Yeni Sabah”a danışarkən deyib ki,  ailə institutlarının təşkil olunması və burdakı problemlər birbaşa dövlət tərəfindən həll olunmalıdır:

“Bu gün ailələrin psixoloji durumunun gərgin olmasının əksər səbəbləri sosial vəziyyətin ağırlığı və qarşılıqlı münasibətlər sistemində sosial vəziyyətin oynadığı roldur. İkincisi, məktəblərdə psixoloji durum dəyişdirilməli, bununla bağlı ciddi addımlar atılmalıdır. Ən azı sosial problemlərin fonunda daha ağır yaşayan ailələrin qeydiyyatını aparmaqla yanaşı, onların hamısına yerlərdə nəzarət həyata keçirilməli və problemlərinin həlli istiqamətində səlahiyyətli qurumların gücündən, imkanlarından istifadə edilməlidir. 

Adətən intiharların səbəbləri daha çox psixoloji baxımdan axtarılır, hətta inkişaf etmiş ölkələrdə də intiharların sayı bəzən inkişaf etməmiş ölkələrə nisbətdə çox olur. Amma bu günki Azərbaycan reallığında intiharların böyük əksəriyyətinin səbəbləri ailədə münasibətlər sisteminin düzgün qurulmamasıdır. Haqlara girilməsi, şiddət, zor – bütün bunların böyük əksəriyyətinin səbəbi sosial vəziyyətdən qaynaqlanır. Ölkədə fərqli psixoloji vəziyyətləri axtaramağa hələ ki lüzum yoxdur. Bu gün Azərbaycanda sosial problemlər intiharların törədicisidir. Hesab edirəm ki, bu aspektdən hökumətin üzərinə böyük yük düşür”.



Xəbərin oxunma sayı : 502




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap