Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Oğlum şirkətlərinin hamısını təhvil verib“ - Əli Həsənov

Tarix 19.06.20, 15:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Əli Həsənov "Demokrat.az" xəbər portalının suallarını cavablandırıb. 

Telefon söhbəti zamanı Əli Həsənov ailəsinin 208 min manat vergi borcunun olması barədə yayılan məlumatlara münasibət bildirib, biznesi və digər bu kimi məsələlərdən danışıb. 

Əli Həsənovla olan sual-cavabı olduğu kimi təqdim edirik:

- Salam Əli müəllim, necəsiniz? 

- Sağ ol Vasif, sən necəsən? 

- Yəqin ki, istirahətdəsiniz?

- Bəli, buyurun!

- Narahat etdiyim üçün üzürlü sayın, bir neçə gün əvvəl vatsap vasitəsilə sizə informasiya sorğusu göndərmişəm. Həmin sorğuda ailənizin 208 min manat vergi borcunun olması barədə məlumatlar yer alıb. Bununla bağlı fikirlərinizi öyrənmək istəyirəm...

- Vasif, bilirsən nə var? Mən hansısa şirkətin vergi borcu barədə niyə cavab verməliyəm? O şirkətin rəhbəri var, siz də zəng edib öyrənin ki, "Kaspi" liseyinin rəhbəri kimdir. Dövlətə vergi borcunun olması barədə onlara müraciət edin. Onlardan cavabınızı alıb verin. Yoxsa ki, mən şirkət, lisey idarə etmirəm, bizneslə məşğul olmuram. Mən elmi-pedoqoji sahədə çalışıram, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiriyəm. 

- Əli müəllim, axı sizin adını çəkdiyiniz şirkət oğlunuz və həyat yoldaşınızın adınadır. İstəmədim ki, siz olan yerdə suallarımı onlara ünvanlayıb ailənizi narahat edim...

- Vasif, sən bizim ailə haqqında nə vaxtdan belə xeyrxah düşünməyə başlamısan? 

- Axı niyə elə düşünürsünüz? Mən jurnalist kimi heç zaman sizə qarşı qərəzli mövqedə olmamışam. 

- Mən sənə göstərdiyim o böyük etimada görə çox təəssüf edirəm. İnsanlar nə qədər dəyişkən olarmış... Mən səndən incimirəm, səni yaxşı başa düşürəm, əgər belə tələb olunursa, buyur. Amma insanın öz mərdliyi olmalıdır. 

- Əli müəllim, hansı mərdlikdən danışırsınız? Siz vəzifədə olanda Salyanın polisi rəisi işləyən yaxın qohumunuz Cəbrayıl Vəliyevin mənim rayonda yaşayan atama qarşı təzyiqləri barədə sizə üç dəfə müraciət göndərmişdim. Atama olunan təzyiq sırf mənim jurnalist fəaliyyətimə görə idi. Amma həmin müraciətlərə baxılmadı, araşdırılmadı. Halbuki, həmin müraciətdə oğlunuzun göstərişi ilə polis rəisi işləmiş qaynınız tərəfindən atama edilən təzyiqlərdən bəhs olunurdu...

- Bu məsələnin mənim ailəmə nə dəxli var? Polis rəisinin öz rəhbəri və nazirliyi var, mənim polisin işinə qarışmağa səlahiyyətim çatmırdı. Sizin həmin müraciətinizə gəldikdə isə mən onu araşdırmaq üçün Daxili İşlər Nazirliyinə göndərmişdim. 

- Bəs bu barədə mənə niyə məlumat verilmədi?

-Bilirsiniz necədir, indi keçmişi müzakirə etməyə mənim həvəsim yoxdur. O şirkətlərlə bağlı isə mənə yox, həmin şirkətin müdirinə müraciət elə. Bu məsələnin mənə dəxli yoxdur. O şirkətin rəhbəri Elnur Əliyevdir. 

- Axı uzun illərdən bəri internetdə də qeyd olunub ki, həmin şirkətin rəhbəri oğlunuz və həyat yoldaşınızdır... 

- Xeyr, mənim oğlumun şirkəti yoxdur. Oğlum rəhbərlik etdiyi şirkətlərin hamısını təhvil verib. Yalnız "Araz" radiosu qalıb ki, onun da təhvil-təslimi gedir. Özünüz araşdırıb öyrənə bilərsiniz. Şəxsən mən bu barədə heçnə bilmirəm. Çünki məşğul olmuram. 

- Dövlətə vergi borcunuzun olması barədə ailənizə hər hansı xəbərdarlıq edilibmi?

-Axı mənim ailəmə niyə xəbərdarlıq olunmalıdır? Xəbərdarlığı şirkətin rəhbərinə edərlər. Mən demirəm ki, bizim vergi borcumuz yoxdur. Deməyim odur ki, indi mənim və ailəmin həmin şirkətlərlə əlaqəsi yoxdur. O şirkətin rəhbəri isə başqa adamdır. Suallarınızı həmin şəxsə ünvanlayın. xahiş edirəm ki, Elnur Əliyevə zəng edib bu barədə ondan soruşun.    

- Əli müəllim, Sona xanım Vəliyevanın vikipediyasında "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri olduğu qeyd olunur...

- Xeyr, elə bir şey yoxdur. "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Elnur Əliyevdir. Vikipediyada çox şey yazıla bilər. Orada kimsə düzəliş edib yazmışdı ki, Əli Həsənov nurçuları dəstəkləyib. Məgər mən nurçuları dəstəkləmişəm? 2009-2013-cü illərdə mən onlara qarşı mübarizə aparmışam. 

Nə isə, həyat davam edir, rollar dəyişir, ancaq insanlıq hər zaman qalır. 

- Əli müəllim, bundan sonra da sizə qarşı heç bir qərəzimin olmayacağından tam əmin ola bilərsiniz. Hətta, əleyhimə fikirləriniz belə olsa, onu işıqlandırmağa hazıram...

- Təşəkkür edirəm Vasif.



Xəbərin oxunma sayı : 2275




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap