Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ŞOK! Çox sayda futbolçu kölə kimi satıldı - FOTOLAR

Tarix 22.04.18, 3:32

Font ölçüsü : - / +
bitmap-img6


Müasir dünyada kölələyin davam etdiyini ortaya çıxaran hadisə Laosda yaşanıb.

Fanat.Az xəbər verir ki, hər şey FIFA-nın Laos Futbol Federasiyasına 690 min İsveçrə frankı cəza kəsməsindən sonra otaya çıxıb.

FIFA-nın beynəlxalq transferlərlə bağlı qaydalarını pozduğu üçün verdiyi cəzanın arxasında əslində insan haqqlarının kobudşəkildə pozulmasının olduğu müəyyənləşib.



Hələ 2015-ci ildə BBC Afrikada 14 yaşından aşağı futbolçuların pul qarşılığında başqa ölkələrə satıldığını iddia etmişdi. 18 yaşlı futbolçuların satışı transfer hesab edilmir və qadağandı. 

Laosun "Çampasak Yunayted" klubunun klubunun Qərbi Afrikada çox sayda uşağı pulla satın aldığını araşdıran FIFA qorxunc faktları üzə çıxardıb. Ali futbol qurumu bu barədə Laos Futbol Federasiyasına xəbərdarlıq etsə də, heç bir tədbir görülməyib. Nəticədə FIFA federasiyanı cəzalandırıb.

Məlumata görə, 2015-ci ildə başqa ölkələrdən çox sayda uşaq "futbol akademiyasına qəbul edilirlər" adı ilə Laosa gətirilib. Satıldıqlarından xəbərsiz olan uşaqlara zorla 6,5 illik müqavilə imzalatdırılıb. Heç bir sənədi və pulu olmayan uşaqlara vətənlərinə dönmək üçün bütün yollar bağlanıb.



Müqavilələrdə onlara qalacaq yer və maaş sözü verilib. Lakin heç bir vədə əməl olunmayıb. Afrikalı uşaqlar stadionun yanınındakı bazada quru yerdə yatmaq məcburiyyətində qalıb. Bir otaqda ən azı 30 uşaq qalırmış.

Bununla bağlı araşdırma aparan liberiyalı jurnalist Vleh Bedell əslində "Çampasak Yunayted" klubunun bir futbol akademiyası olmadığını üzə çıxardıb. Məlum olub ki, mövcud olmayan bir akademiyaya aldadılaraq gətirilən uşaqlar burda kölə kimi saxlanılır.

FIFA-nın təzyiqindən sonra "Çampasak Yunayted" 17 futbolçunu azad edib. 



Liberiyaya dönən gənc futbolçular BBC-yə açıqlamalarında normal qidalanmadıqlarını və heç bir tibbi yardım almadıqlarını bildiriblər. Pasportları klub tərəfindən əllərindən alınıb və qeyri-qanuni miqrant sayıldıqları üçün bazadan çölə çıxa bilməyiblər. 





Xəbərin oxunma sayı : 298




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap