Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şok iddia: Bəşər Əsəd və PYD Türkiyəyə qarşı razılaşdı?

Tarix 17.02.18, 5:19

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Suriyanın şimalındalı Afrin bölgəsinə başlatdığı hərbi əməliyyat 28 gündür ki, uğurla davam edir

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrin bölgəsində PYD terrorçularına qarşı başlatdığı əməliyyatla bağlı şok iddia ortaya atılıb. Sputnik Türkiyə xəbər verir ki, iddianı ortaya atan Livanda yayımlanan Mayadeen telekanalıdır. Telekanal Suriyadakı etibarlı mənbələrə istinadən bildirib ki, Bəşər Əsəd rejimi PYD terrorçuları ilə razılığa gələrək Afrin bölgəsini nəzarətə götürməyə hazırlaşır.

"PYD terrorçuları Afrində məğlub olacaqlarını bildiyi üçün, bölgəni türklərə təslim etməmək naminə Suriya rejimi ilə razılıq əldə edib. Terrorçular bilir ki, əgər rejimə bağlı əsgərlər Afrində nəzarəti ələ alsa Türkiyə bölgəyə girməyə ehtiyac duymayacaq və geri çəkiləcək. Çünki türk ordusu Afrini PYD-nin idarə etməsini istəmir" – məlumatda qeyd olunur.

Məsələ ilə bağlı Sputnik-in sualını cavablandıran ABŞ Dövlət Departamentinin mətbuat katibi Erik Paho deyib ki, yayılan informasiya haqda heç bir məlumatları yoxdur. "Bu barədə bizə məlumat daxil olmayıb" – Paho deyib.

İddia rəsmi Dəməşq tərəfindən təkzib edilib. "Yayılan məlumatda heç bir doğruluq payı yoxdur" – rejimdən bildirilib.

Rusiyanın beynəlxalq "Russia Today" telekanalı isə bugünkü yayımında qeyd edib ki, əslində PYD Əsəd rejiminə belə bir təklif göndərib: "Ancaq Bəşər Əsədin irəli sürdüyü şərt PYD-ni qane etməyib. Əsəd PYD-dən bütün silahları dövlətə təhvil verməyi təklif edib. Lakin PYD bununla razılaşmayıb".

Qeyd edək ki, Türkiyənin Suriyanın şimalındakı Afrin bölgəsində başlatdığı hərbi əməliyyat 28 gündür ki, uğurla davam edir. Türk ordusu və ASO Afrin şəhər mərkəzinə doğru irəliləyərkən 50-dən çox kənd, qəsəbə və strateji yüksəklikləri PYD-dən azad edib.







Xəbərin oxunma sayı : 232




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap