“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Ona hakimiyyət çevirilişi etmək üçün qan lazım idi” - DTK rəisindən sabiq prezidentə ağır ittiham

Tarix 13.08.19, 18:38

Font ölçüsü : - / +
bitmap-img6


Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevə qarşı dövlət çevirilişi hazırlamaq ittihamı irəli sürülüb.

RİA “Novosti” xəbər verir ki, bunu Qırğız Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) başçısı Orozbek Opumbayev bildirib.

“Açıq şəkildə bəyan edirəm, Atambayevə qan lazım idi. Ona hakimiyyət çevirilişi etmək üçün qan lazım idi”, – deyə o, vurğulayıb.

Komitə başçısı Atambayevi xüsusi təyinatlılara atəş açmaqda ittiham edib: “İstintaqın bunları araşdıracağına əminəm”.

Baş Prokurorluğun Axtarış-əməliyyat fəaliyyəti və təhqiqatlara nəzarət üzrə idarəsinin rəisi Zamir Beyşekeyev avqustun 13-də keçirilən mətbuat konfransında bildirib ki, Almazbek Atambayev qətldə və başqa ağır cinayətlərdə ittiham olunur.

Qırğız Respublikasının qanunlarına əsasən, keçmiş prezident bu maddələr üzrə ömürlük azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 136 nəfər yaralanıb, 1 nəfər ölüb/Report.



Xəbərin oxunma sayı : 295




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap