Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Onlar Azərbaycanın düşməni olublar” - Fazil Mustafadan həmkarının qalmaqallı açıqlamasına etiraz

Tarix 06.06.18, 4:12

Font ölçüsü : - / +
bitmap-img6


“Sovet hökumətini Azərbaycan dövlətinin mənbəyi kimi göstərmək yanlışdır və yolverilməzdir”.


Bu sözləri BakuPost-a açıqlamasında millət vəkili Fazil Mustafa həmkarı Arif Rəhimzadənin qalmaqallı “Azərbaycan dövlətini sovet hökuməti qurub” fikrinə münasibət bildirərkən deyib. O bildirib ki, sovet hökuməti Azərbaycanın düşməni olub: “Azərbaycan dövlətini sovet hökuməti yox, Azərbaycan xalqı qurub. Sovet hökuməti Azərbaycanı işğal edib və Azərbaycan dövlətinin düşməni olub. Onlar müstəqil Azərbaycanın düşməni olub. Buna görə soveti bizim mənbəyimiz kimi göstərmək yanlışdır”.

Deputat 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihə barədə də danışıb. Bildirib ki, sovet dövründə yaşamış müəyyən şəxsiyyətlər var ki, Azərbaycan xalqının inkişafında, təhsilində, mədəniyyətində böyük rol alıblar: “Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Üzeyir Hacıbəyov sovet dövründə yaşasa da, Azərbaycan mədəniyyətinə xidmət edib. Lakin kimlər ki, ermənilərlə əməkdaşlıq edib, Azərbaycan xalqının soyqırımında iştirak edib, Azərbaycan xalqına zərbə vurulması planlarının içində yer alıblar, o şəxslərin adlarının uca tutulması yolverilməzdir. Kimlər ki, sovet dövründə faydalı işlər görüblər, onlara kim nə deyə bilər? Biz həm də onların varisiyik. Onların da mirasından faydalınırıq”.



Xəbərin oxunma sayı : 889




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap