Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Onlar mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar“ - Qurban Qurbanov

Tarix 22.02.23, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


"Oyuna ciddi hazırlaşırıq. Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox möhkəm komandaya qarşı oynayırıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Marko Yankoviçin zədələnməsi ilə bağlı söyləyib: "Marko Yankoviç son vaxtlar çox yaxşı formada idi. Onun zədələnməsinə çox üzüldüm. İkinci dəfədir performansı yaxşılaşanda belə zədə alır.Futbolçularımın sağlam olması mənə əlavə güc, düşüncə verir. Buraya gələn digər oyunçularımız nə etməli olduqlarını bilirlər.  Amma bizim bir-birini əvəzləyə biləcək futbolçularımız var. Bu dəfə meydana çıxan futbolçulardan fərqli şeylər tələb edə bilərik".

Mütəxəssis hələlik komandada istədiyi dinamikanı görmədiyini vurğulayıb: "Amma oyundan oyuna irəliləyiş hiss edirəm. Futbolçulara hansı motivasiyanı verdiyimizi burda deyə bilməyəcəyəm. Bəziləri ilə dost kimi, bəziləri ilə müəllim kimi danışırıq. Niyə deyirəm ki, futbolçularıma güvənirəm, inanıram? Çünki, mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar. Bəzən bəlkə onlarda texniki cəhətdən nəsə alınmır. Amma ümumən onların məsuliyyətli yanaşması məni da belə oyunlardan əvvəl rahatlaşdırır".

Q.Qurbanov daha sonra deyib: "Konfrans Liqasının finalında oynamağı kim istəməz ki? Amma real baxmaq lazımdır. Kənardan fikir bildirməkdən asan heç nə yoxdur. Şükürlər olsun, futbolçularım illərdir nə əziyyətlərdən keçib buralara gəlib çıxıblar. Bu cür fikirlərə futbolçularımız da üzülür. Sanki, qarşımızdakı rəqib kiçildilir".

"Qarabağ"ın çalışdırıcısı Avropada hər oyunun onlar üçün faydalı olduğunu deyib:" Amma rəqibimizin ilboyu hər oyunu bu sürətdə, dinamikada keçir. Və bu da futbolçunun sabit formada qalması üçün çox vacibdir. Futbol çox yüksək sürətlə inkişaf edir. Bizim bilmədiyimiz, ağlımıza gətirmədiyimiz o qədər məqamlar var. İndi desək ki, "Gent" və ya başqa rəqibi mütləq keçməliyik və ya keçəcəyik, doğru olmaz”.



Xəbərin oxunma sayı : 850




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap