“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Oyunla bağlı söyləyəcək tək bir şey var…” – Fatih Terim

Tarix 07.11.19, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


“Açığı, belə bir şey gözləmirdik. Oyunla bağlı söyləyəcək tək bir şey var – təəssüf. Böyük hesablı məğlubiyyətə təkcə üzülmədik, həm də utandıq”.

Bunu Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Real Madrid”ə səfərdə 0:6 hesabı ilə uduzduqları oyundan sonra deyib.

66 yaşlı mütəxəssis ilk 15 dəqiqədə 3 top buraxdıqdan sonra matçdan qopduqlarını söyləyib: “Təəssüf ki, oyuna 0:3 hesablı məğlubiyyətlə başladıq və bunun altından çıxmaq asan iş deyil. Meydanda mübarizə aparan bir komanda olmaq istəyirdik, bunu bacarmadıq. 10-15 il içində belə məğlubiyyətlərlə üzləşirik. “Real Madrid”ə uduza bilərsiniz, ancaq bu cür mübarizə və hesabla yox. Dekabra qədər matçlarımız üçün bu oyunçulara ehtiyacımız var. Ancaq bəzi mesajlar vermişəm”.

Terim məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb: “Real Madrid” möhtəşəm idi, bunu qəbul etmək lazımdır. Amma qarşılarında da mübarizə aparmayan, dirənməyən bir komanda vardı. Onların işini asanlaşdırdıq. Problemləri həll edə bilmədiyim üçün məsuliyyəti özüm daşıyıram. Qəbahət məndədir”. (Report)



Xəbərin oxunma sayı : 412




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap