Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR Nura Suri sinə hissəsini paylaşdı - FOTO
Axtar
 
  • / Maqazin / — 17 Oktyabr 2019

    Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR

  • / Maqazin / — 16 Oktyabr 2019

    Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO

  • / Maqazin / — 15 Oktyabr 2019

    Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR

  • / Maqazin / — 14 Oktyabr 2019

    Nura Suri sinə hissəsini paylaşdı - FOTO

  • / Maqazin / — 20 Sentyabr 2019

    Aparıcı Mələk Heydərova çılpaq fotolarını paylaşdı – Fotolar

  • / Maqazin / — 19 Sentyabr 2019

    Model Səmradan yarı-çılpaq paylaşım - FOTO

“Paşinyan müharibə istəyir ” – “Artıq danışıqların imitasiyasına belə əsas yoxdur”

Tarix 07.08.19, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


Paşinyanın Xankəndidəki son bəyanatı daxili siyasətə yox, daha çox xarici auditoriyaya aiddir. Onun məqsədi Azərbaycanın bu və ya digər formada reaksiyasını öyrənməkdən ibarətdir. Paşinyanın əsas niyyəti odur ki, hərbi əməliyyatları bərpa edib öz məqsədlərinə nail olsun. Hesab edirəm ki, bu bəyanatın əsas ünvanı məhz Azərbaycandır. 

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“Paşinyanın Xankəndidə dedikləri çox vacib bəyanatdır və hesab edirəm ki, bununla danışıqlar prosesi çox kobud şəkildə pozulub, artıq danışıqlar üçün heç bir əsas qalmayıb. Təəssüf ki, Ermənistan rəhbərliyi öz siyasəti ilə iki ölkəni müharibəyə aparır. İndi müharibənin heç bir alternativi yoxdur, çünki Azərbaycan dövləti və ictimaiyyəti çoxdan başa düşüb ki, Ermənistan tərəfi danışıqlar yolu ilə torpaqları qaytarmaq niyyətində deyil.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın xaricdə olan havadarları da artıq danışıqların imitasiyasını bundan sonra apara bilməyəcəklər. Biz çoxdan bu prosesə inanmırdıq. Artıq nəinki danışıqların özünə, hətta onların imitasiyasına belə əsas yoxdur”, - keçmiş baş diplomat söyləyib.

T.Zülfüqarovun sözlərinə görə, Paşinyan əslində Qarabağda yeni hərbi əməliyyatların başlamasında və bundan öz planlarının icrası üçün istifadə etməkdə maraqlıdır:“Paşinyan yaxşı başa düşür ki, Moskva onu tərəfdaş olaraq qəbul etmir. Onun çoxsaylı cəhdləri var idi ki, Rusiya ilə əlaqələr qursun. Təcrübə göstərdi ki, Putin onu tərəfdaş kimi qəbul etmir və onunla əlaqələr qurmaq niyyətində deyil. Bunun əksinə olaraq müxalifətdə olan liderləri Rusiya açıq şəkildə dəstəkləyir. Bu istiqamətdə Köçəryanla bağlı olan məsələni yada salmaq olar. Buna görə də Paşinyanda və hazırkı hökumətdə müharibə olacağı təqdirdə Rusiyanın onlara kömək edib-etməyəcəyi ilə bağlı ciddi şübhələr yaranır. Onlar indi başa düşürlər ki, bu köməkdən danışmaq artıq mümkün olmayacaq.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Paşinyan Qərbin də onu qəbul etmədiyini görür. Qərbin yeganə şərti onun Rusiyanın himayəsindən çıxıb, özünə doğru yönəlməsindən ibarətdir. Yalnız bundan sonra onlar Ermənistana hər hansısa maddi kömək və yatırım edəcəklər. Bu baxımdan sıxılmış vəziyyətdə qalan Paşinyan istəyir ki, hərbi əməliyyatlar bərpa olunsun. Bunun nəticəsindən asılı olmayaraq, o, Rusiyanın İrəvanı satdığını deyəcək və indi bütün ermənilərin Qərbə tərəf getməsi gərəkdiyini bəyan edəcək. Bu hərəkətlə o, iki məqsədinə nail olacaq. İlk olaraq erməni baş nazir Rusiyanın təsirindən çıxıb, Qərbə yön almaq siyasətini aktiv şəkildə gerçəkləşdirəcək, digər tərəfdən isə daxildə olan rusiyayönlü müxalifəti satqınçılıqda ittiham edə biləcək. Artıq bu ssenari həyata keçirilir. Paşinyan bu bəyanatlarla Azərbaycanı savaşa təhrik edir və məqsədi də bu hərbi əməliyyatlarla Rusiyadan Qərbə siyasi dönüşü təmin edə bilməkdir”.

Bununla belə, T.Zülfüqarov Qərbin Ermənistana hansısa vədlər verməsinin Mnatsakanyanın Vaşinqton səfərləriylə əlaqədar olmadığını deyib: “Mövcud prosesə zəmin yaradan əsas məqamlardan biri Boltonun səfəri olub. Bolton Ermənistanda olanda açıq-aşkar bəyanatlar verdi. Bu bəyanatlarla birmənalı şəkildə onu demək istəyirlər ki, Rusiyanın himayəsindən çıxsanız, sizi qəbul edərik, əks təqdirdə həm Rusiyadan təhlükəsizlik qarantı, həm də Qərbdən maliyyə köməyinin istənilməsi qəbuledilməzdir. Bu məsələ iki stulun üstündə oturmaq kimi bir şeydir. Məhz buna görə Qərb İrəvanı qəbul etmir. Eyni zamanda Rusiyanın özünün də indiki hakimiyyətdən şübhələri çoxdur. Bu baxımdan Ermənistanın indiki mərhələdə siyasətinin əsas problemi bundan ibarətdir. Məhz ona görə bu bəyanatlar verilir”.



Xəbərin oxunma sayı : 322

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda