Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Paşinyan mənə ilişdiyinə görə peşman olacaq” – Robert Köçəryan hədələdi

Tarix 14.09.18, 1:00

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkənin “Medimaks” agentliyinə müsahibə verib.

Musavat.com erməni mediasına istinadən həmin müsahibədən bəzi hissələri təqdim edir.

Müxbir ilk öncə medianın onun siyasətə geri qaytmasına olduqca neqativ münasibət göstərdiyini, həmçinin rəy sorğularının əleyhinə olduğunu diqqətə çatdırıb: “Siz İrəvan, Gümrü, Vanadzorun küçələrində sərbəst dolaşıb, insanların sizə olan münasibətini dəyişdirmək üçün onlarla söhbət edə bilərsinimi?”

Köçəryan bu cür “eksperiment”i həyata keçirə bilməyəcəyini etiraf edib: “Hesab edirəm ki, “kütlə içinə çıxmaq” fikri yerinə düşməz. İctimai rəyi yoxlamağın daha effekitv üsulları var və mənim komandam indi bununla məşğul olur. Son illərdə mən ümumiyyətlə, tək gəzirəm və heç vaxt insanlarla ünsiyyətdə problem hiss etməmişəm”.

Köçəryan davamında bir sonrakı fəaliyyəti üçün elektoral bazasının kifayət qədər güclü olduğunu iddia edib.

Sayt əməkdaşı ondan 10 nəfərin ölümü ilə nəticələnən “2008-ci ilin 1 mart” hadisələrini və bununla bağlı məsuliyyət hissi keçirib-keçirmədiyini xəbər alıb.

Köçəryan bir prezident olaraq məsuliyyət payını daşıdığını söyləyib. O, keçmişə baxanda bəzi faciəli hadisələrdən qaçmağın mümkün olduğunu və bu səbəbdən də müəyyən qədər günah hissini keçirdiyini dilə gətirib. Bununla bərabər keçmiş prezidentin fikrincə, həmin günlərdə Levon Ter-Petrosyanın və Nikol Paşinyanın radikal mövqeyi faciəyə yol açan əsas səbəb olub.

Müxbir onun Paşinyanla şəxsi münasibətləri barədə fikir bildirməsini də istəyib. R.Köçəryan indiki baş nazirin hansı səbəbdən onunla ayrı-ayrı qütblərdə durduğunu tam anlamadığını bildirib. Keçmiş prezidentin fikrincə, Paşinyan onun simasında özü üçün təhlükə görür.

Robert Köçəryan bununla bərabər baş naziri təhdid etməyi də unutmayıb: “Hesab edirəm ki, Paşinyan mənə ilişdiyinə görə peşman olacaq”.

“Medimaks”ın əməkdaşı ondan Serj Sarkisyanı özünə varis seçdiyinə görə peşman olub-olmadığını soruşub. R.Köçəryanın bu suala cavabı maraqlı olub: “Tarix keçmişə qaytmağı sevmir. Buna görə də olub-bitənə qiymət verməyəcəm”.

R.Köçəryan həmin vaxt Serj Sarkisyanın varis olaraq seçilməsindəki əsas faktorun Ermənistanın milli təhlükəsizliyinin effektiv şəkildə qorunması olduğunu ifadə edib. Lakin bununla bərabər o, son 5 ildə Serj Sarkisyanla sadəcə, 2 dəfə görüşdüyünü diqqətə çatdırıb.

R.Köçəryandan Putinlə şəxsi münasibətləri barədə də xəbər alınıb. Keçmiş prezident Vladimir Putinlə indi də dostluq əlaqələrində olduğunu söyləyib və son 10 ildə onunla müntəzəm ünsiyyət qurduğunu bildirib.



Xəbərin oxunma sayı : 412




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap