Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Pakistan Senatının sədri:“Azərbaycana dəstəyimiz davam edəcək“

Tarix 06.01.17, 2:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan səfiri Əli Əlizadə Pakistan Senatının sədri Mian Rza Rəbbani ilə görüşüb.

Səfirlikdən “Report”a verilən məlumata görə, Ə.Əlizadə səfir iki ölkə arasında mövcud olan sıx əlaqələri vurğulayıb, dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu qeyd edib.

Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı dövlət kimi tanımadığına və Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupuna qoşulmasına görə də Pakistana təşəkkür edən səfir Azərbaycanın da Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü olduğunu, Azərbaycanın Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.
Təcavüzkar Ermənistan tərəfindən xalqımıza qarşı həyata keçirilmiş Xocalı soyqırımının Azərbaycan və bütün bəşəriyyət üçün ağlasığmaz bir cinayət olduğunu bildirən səfir soyqırımın tanınması və bu soyqrımı törədənlərin məsuliyyətə cəlb edilməsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin vaxtı ilə Pakistan Senatı tərəfindən qəbul edilməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

M.R.Rəbbani Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyin davam edəcəyini, 25-ci ildönümü tamam olacaq Xocalı soyqrımının unudulmadığını bildirib. Pakistan Senatında Pakistan-Azərbaycan dostluq qrupunun təsis olunduğunu bildirən Senat sədri parlamentlərarası əlaqələrin daha da artırılacağını diqqətə çatdırıb.

Görüşdə həmçinin dostluq qrupları arasında əlaqələrin daha da artırılması, parlamentlərarası qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.



Xəbərin oxunma sayı : 145




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap