Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Pambıq yığımında proqnozdan artıq rəqəmə nail olacağıq” - KTN rəsmisi

Tarix 30.10.18, 11:12

Font ölçüsü : - / +
bitmap-img6


“Kənd Təsərrüfatı Nazirliyinin bu il üçün proqnozu 255-260 min ton pambıqdır”

Hazırda Azərbaycanda aqrar sektorun gündəmində olan əsas məsələ pambıq yığımıdır. Dövlət qurumları tərəfindən yığımda müsbət nəticələr əldə edildiyi deyilsə də, sosial şəbəkələrdə pambıq yığımında problemlərin olduğuna və məhsulun tarlada qaldığına dair iddialar da var. Səbəb kimi isə pambığın hər kiloqramının yığımına görə verilən 15 qəpiyin kəndliləri qane etməməsi göstərilir. Bəs görəsən, bu il pambıq yığımında hökumətin proqnozu reallaşacaqmı? Məhsuldarlığın artmasına nə dərəcədə nail olunub?

“Yeni Müsavat”ı n suallarını cavablandıran  Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüqar Hüseynov bildirdi ki, yığım mövsümünün sonuna qədər proqnozların üzərində bir rəqəm əldə ediləcək: “29 oktyabr tarixinə olan məlumata görə, respublika üzrə 178 min  ton pambıq yığılıb. Təkcə 28 oktyabr tarixində ölkə üzrə  22 rayonda 3 min ton pambıq yığılıb. Orta məhsuldarlıq hər hektar üzrə 13,4 sentnerdir. Təbii ki,  məhsuldarlıq göstəricisi rayonlara görə dəyişir. Məsələn, Samux rayonund hər hektara görə məhsuldarlıq 20 sentnerdir, Ucarda, Hacıqabulda isə çox azdır. Bu da texniki qulluqla bağlıdır.Vaxtında suvarma olmayıb, aqrotexniki qulluq aparılmayıb deyə məhsuldarlıq az olub. Bu, sırf ayrı-ayrı təsərrüfatlarda qulluğun necə aparılması ilə bağlı məsələdir. Elə fermerlər var ki, bir hektardan 40-50 sentner pambıq yığmağa nail olublar. Kənd Təsərrüfatı Nazirliyinin bu il üçün proqnozu 255-260 min ton pambıqdır. Çox güman ki, ilin sonuna qədər bu rəqəmin üzərində bir yığım gerçəkləşəcək. Yığım mövsümü hələ başa çatmayıb. Havalar yaxşı keçir, texnikalar da sahələrdə işləyir. Bizim proqnoza çatmaq üçün təxminən 80 ton pambıq qalıb”.

“Qarabağ Toxum” MMC-nin icraçı direktoru Rəcəb Orucov isə pambıqçılığın aqrar sektorda çox böyük önəm daşıdığını bir neçə istiqamət üzrə izah etdi: “Pambıqçılıq ölkə üzrə əkin dövriyyəsində yer tutan ən önəmli bitkilərdən biridir. Bu, həm də kənd əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir mənbədir. Son vaxtlar hökumət pambıqçılıq sahəsinə xüsusi yanaşma ortaya qoyub. Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı xüsusi dövlət proqramı qəbul olunub. Bu il həm hava şəraitinin yaxşı keçməsi, həm də əhalinin maddi marağının artması səbəbindən pambıq yığımında bir qədər irəliləyiş əldə olunub. Büdcə xətti ilə ölkəyə çox ciddi  kənd təsərrüfatı yönümlü texnikalar gətirilib. Bunlar dünyanın ən başda gedən markalarıdır. Artıq əl əməyinə tələbat olduqca azalıb. Birinci yığımlar əsasən texnika ilə mexanikləşmiş qaydada həyata keçirilir. İkinci yığımlar isə əl əməyi ilə aparılır. Bu da kifayət qədər iş yeri formalaşdırır”.

Orucovun sözlərinə görə, pambıqçılıq ölkənin aqrar sektoru üçün mütləq şəkildə vacib olan bir bitkidir: “ Bunun da elmi əsaslandırması var. Bizim suvarılan torpaqların 70 faizi pambıqçılığın əkin dövriyyəsindən çıxması səbəbindən təkrar şoranlaşmaya məruz qaldı. Əkilən taxıl iyul ayında yığıldıqdan sonra torpaq boş qalır və havalar isti keçdiyi üçün torpağın alt qatlarında olan qrunt suları üst qatına çıxır və buxarlandıqda duzlar qalır. Bu da torpaqların təkrar şoranlaşmasına gətirib çıxarır və problemi daha da dərinləşdirir. Gələcəkdə çox ciddi maliyyə qoyuluşları tələb edən bir problemdir. Pambıqçılığın daha bir əhəmiyyəti də budur”.

Rəcəb Orucov pambıqçılıq sahəsində məhsuldarlığın az olmasına diqqət çəkərək bu istiqamətdə sahibkarların təşviq edilməsini vacib hesab etdi: “Ölkəmizdə kifayət qədər pambıqçılıq şirkətləri də fəaliyyət göstərir. Ancaq hər şeyin tam şəkildə mükəmməl olduğunu da demək olmaz. Uzun illər bu sahə diqqətdən kənarda qalmışdı və son illərdə yenidən prioritetə çevrildi. Hazırda bu işlər planlı şəkildə gedir. İnnovativ yanaşmalar ortaya qoyulub. Pambıqtəmizləmə zavodları tikilir. Dövlət tərəfindən diqqət artırılıb. Düşünürəm ki, qısa zamanda ölkənin əkin dövriyyəsində pambıqçılığın rolunun artmasının şahidi olacağıq. Hər il hökumətin bu sahəyə ayırdığı subsidiyanın həcmində, o cümlədən pambığın alış qiymətində artım dinamikası müşahidə edilir. İstehsalçı maraqlı olmalıdır ki, daha yüksək məhsuldarlıq əldə etsin və daha keyfiyyətli məhsulla bazara çıxsın. Çünki dünyanın inkişaf etmiş ölkələrində pambığın məhsuldarlığı hər hektara görə orta hesabla 60-70 sentnerdir. Ancaq bizdə bu rəqəm 15 sentnerə yaxınlaşır, bəzi rayonlarda hətta bunu da əldə etmək olmur.

Ekspert vurğuladı ki,  pambıqçılığın inkişafı üçün Azərbaycanın kifayət qədər yaxşı şəraiti var və nə zamansa ölkəmiz dünya bazarında yer tuta bilər: “İnfrastruktur formalaşıb, suvarma imkanı olan torpaqlarımız, uyğun iqlim şəraitimiz var. Əhəmiyyətli bir məqam da odur ki, pambıq yığımı ilə bağlı kifayət qədər yüksək rəqəm formalaşıb. Pambıq tarlalarında işçi bir günə 15 manat qazanc əldə edir. Həmçinin məhsuldarlıq 15 sentnerdən çox olarsa, sahibkar üçün də yaxşı imkanlar yaranır. Pambığı alan şirkətlərin təklif etdiyi qiymətlərdə də artım dinamikası var.

Dünya bazarında pambıq xammalına tələbat getdikcə artır. Bu sahədə aparıcı ölkələr var və biz bu ölkələrin çox gerisində qalırıq.  Bugünki istehsalla bizim də dünya pambıq bazarında söz haqqımızın olduğunu deyə bilmərik. Lakin istehsal artarsa, xarici bazarlara çıxış imkanları da arta bilər və dünyada pambıqla bağlı bir Azərbaycan brendi formalaşa bilər".



Xəbərin oxunma sayı : 394




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap