“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Pandemiya dünyada aclıq səviyyəsini həddən çox artıracaq” – Beynəlxalq təşkilatdan xəbərdarlıq

Tarix 14.05.20, 23:06

Font ölçüsü : - / +
bitmap-img6


Ümumdünya Ərzaq Proqramı COVID-19 pandemiyasının Yaxın Şərqdə və Şimali Afrika bölgəsində aclıq problemindən əziyyət çəkən insanların sayının daha 6,7 milyon artaraq, 47 milyondan artıq ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

COVID-19 illərdir münaqişə, siyasi qeyri-sabitlik və iqtisadi problemlər içərisində olan bu bölgələrdə çətinlikləri daha da artırır. BMT agentlikləri Yaxın Şərq və Şimali Afrikadakı kövrək və disfunksional hökumətlərin pandemiya və onun təsirləri ilə mübarizə üçün kifayət qədər qabiliyyətli olmadığı barədə xəbərdarlıqlar edir.

Ümumdünya Ərzaq Proqramı təşkilatının Qlobal Ərzaq Böhranı hesabatında dünyada kəskin ərzaq çatışmazlığından əziyyət çəkən insanların 20 faizinın Yaxın Şərqdə olduğu qeyd olunub.

Ümumdünya Ərzaq Proqramının sözçüsü Elizabet Birsin dediyinə görə, hesabatda pandemiyanın aclıq səviyyəsini həddən çox artıracağı və bölgədə ərzaq çatışmazlığı səbəbindən bir çox insanın aclıqla mübarizə aparacağı deyilir.

“Heç bir qənaət etdikləri vəsait, işsizlik sığortası və ərzaq subsidiyaları olmadan ailələrini dolandırmaq üçün qeyri-formal işlə məşğul olan insanlar uzun sürən təcridə dözə bilməzlər. Ərzaq yardımı alan insanların çoxu sağ qalmaq üçün buna güvənir ” – deyə, Elizabet Birs bildirib.

Ümumdünya Ərzaq Proqramı təşkilatı hazırda bölgədəki 23 milyon insana ərzaqla yardım edir. Bu yardımın üçdə iki hissəsindən çoxu illərdir müharibə, xəstəlik və aclıqdan əziyyət çəkən Yəmən və Suriyadakı insanlara verilir.

Təşkilat 11 ölkədə məktəblər bağlandıqdan sonra təxminən 3,8 milyon uşağın məktəblərdə pulsuz yemək almadığını və uşaqların əksəriyyətinin gün ərzində yeganə tam qidadan məhrum qaldıqlarını bildirir. (azpolitika)



Xəbərin oxunma sayı : 535




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap