“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Patriot”lar Səudiyyə Ərəbistanına hücumun qarşısını ala bilmir – Pompeo etiraf edib

Tarix 19.09.19, 14:28

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ dövlət katibi Mayk Pompeo “Patriot” hava hücumundan müdafiə sisteminin Səudiyyə Ərəbistanının neft emalı zavodlarına edilən hücumun qarşısını ala bilmədiyini etiraf edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına səfəri zamanı jurnalistlərə açıqlamasında deyib ki, dünyada hava hücumundan müdafiə sistemləri heç də həmişə lazımi nəticəni nümayiş etdirə bilmir.

“Bəzən dünyada hava hücumundan müdafiə sistemləri ziddiyyətli nəticələr göstərir, hətta ən yaxşı sistemlər belə hədəfləri vura bilmir. Biz bunun üzərində çalışacağıq ki, bu cür oxşar hücumlar uğurla nəticələnməsin”, – deyə M. Pompeo bildirib.

Bundan başqa, M. Pompeo vurğulayıb ki, gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində həm ABŞ, həm də Səudiyyə Ərəbistanı nümayəndələri tərəfindən məlum hücum məsələsi qaldırılacaq.

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin neft emalı zavodlarına edilmiş hücumu müharibə aktı kimi qiymətləndirib.

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum edilib. Hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp da bu hücumda İranı günahlandırıb.



Xəbərin oxunma sayı : 607




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap