Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Pentaqonun İŞİD-lə bağlı hesabatı saxtadır” – Professor

Tarix 22.11.19, 16:53

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hazırladığı hesabatda İŞİD-in yenidən güclənəcəyi qeyd olunub. Hesabatda iddia olunur ki, ABŞ-ın Suriyanın şimal-şərqindən çəkilməsi və Türkiyənin bölgədə hərbi əməliyyatlara başlamasını fürsət bilən İŞİD “yenidən təşkilatlanmağa başlayıb”.

Türkiyə Silahlı Qüvvələrinin sabiq əməkdaşı, İstinye Universitetinin Hüquq fakültəsinin professoru Mesut Hakkı Caşın Pentaqonun hazırladığı hesabatda İŞİD-in yenidən təşkilatlanmağa başlaması ilə bağlı iddiaya münasibət bildirib.

O, açıqlamasında ABŞ Müdafiə Nazirliyinin hesabatında göstərilənlərin Türkiyənin bölgədə apardığı hərbi əməliyyatlara kölgə salmaq üçün siyasi cəhd olduğunu deyib. Onun sözlərinə görə, əslində, məsələnin kökləri çox dərindədir:

“Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyada – Fəratın şərqindəki Ceylanpınarla üzbəüz Resulayn qəsəbəsindən başladığı “Barış pınarı” adlı hərbi əməliyyatda xüsusi ilə iki əhəmiyyətli hadisə var. Bunlardan biri Türkiyə – Suriya sərhədlərində təhlükəsiz zonanın qurulmasıdır ki, bu məsələ xüsusi göstəricidə həllini tapmışdır. “Barış pınarı” hərbi əməliyyatında Tel Abyad və Resulayn arasındakı bölgələr terrorçulardan təmizlənilmişdir. Hərbi əməliyyatın bundan sonrakı gedişatında ABŞ-la əldə olunan razılığa əsasən, bölgədən PKK/YPG-PYD güclərinin çəkilməsi ilə Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatları dayandırmışdır. Digər tərəfdən, prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə əldə etdiyi razılaşma çərçivəsində suriyalı kürd silahlı qüvvələri YPG-nin Türkiyə sərhədinin 30 km uzaqlığına çəkilməsi və Türkiyə-Suriya sərhədindəki 10 km miqyasındakı ərazidə Türkiyə Silahlı Qüvvələri ilə Rusiya ordusuna aid qüvvələrin ortaq fəaliyyətə başlaması qərarı alınmışdır. Kobani, Tel Abyad və Resulaynda hazırda hərbi əməliyyatlar davam edir. Bu məsələdə beynəlxq hüquq baxımından vurğulanması lazım olan iki məqam var. Bildiyiniz kimi, Türkiyə Silahlı Qüvvələrinin ilk olaraq həyata keçirdiyi Cerablus hərakatı İŞİD-in bölgədən təmizlənilməsinə yönəlik idi və bununlada türk əsgəri 3500 PKK-lını bölgədən təmizləmişdir. İkinci hərbi əməliyyatlar Afrində idi və bölgədən PKK-nın təmizlənilməsi hədəflənirdi və uğurla yekunlaşdı. Üçüncü hərbi əməliyyatda isə Tel Abyad və Resulayn bölgəsindən terorrçuların təmizlənməsinə yönəlik idi. Bu da uğurla yekunlaşmaq üzrədir. Məsələ burasındadır ki, bu cür böyük hərbi əməliyyatlarla Türkiyə bölgədə gücünü ortaya qoydu və bu məsələ çoxlarını narahat etməyə başladı”, – professor deyib.

Mesut Hakkı Caşının fikrincə, Trampın mövqeyi ilə ABŞ-ın Xarici İşlər Nazirliyinin və Pentaqonun mövqeyi üst-üstə düşmür: “ABŞ-la razılaşmada qeyd olunduğu kimi, Amerikanın bölgəyə müdaxiləsi və hərbi qüvvələrin istifadə olunmasının əsas hədəfi İŞİD terror təşkilatının müsəlmanlara və xiristinalara tətbiq etmiş olduğu zülmü sona çatdırmaq idi. Prezident Barak Obamandan sonra Donald Trampın bunu uğurlu bir şəkildə idarə etdiyini nəzərə alaraq, ən son Əbubəkir əl-Bağdadinin öldürülməsini vurğulamaq olar. Pentaqonun açıqlamasında göstərildi ki, ABŞ bölgədə 600 əsgərini saxlayacaq. Tramp isə “sərhədlərə başqaları nəzarət etsin, neft sevirik, təhlükəsizlik tədbirlərimizi aldıq, Türkiyə və kürdlər ilə işləyirik” dedi. Digər bir tərəfdən, Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda Trampla reallaşdırdığı görüş və müzakirələrdə ortaq qərarlar verildi. Xüsusilə, İŞİD terrorçularının yaxalanması və ölkələrinə göndərilməsi mövzusunda əhəmiyyətli fikirlər səsləndirildi. Hətta Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Biz bunları ölkələrinə geri göndərəcəyik” dedi. Ancaq burda ABŞ Müdafiə Nazirliyinin müfəttişlərinin terror təşkilatının ABŞ-ın Suriyanın şimal-şərqindən çəkilməsi və Türkiyənin bölgədə hərbi əməliyyatlara başlamasını fürsət bilərək yenidən təşkilatlanmağa başlamasına dair hazırladıqları hesabatın doğru olduğunu düşünmürəm. Bu, 116 səhifəlik hesabatda Türkiyənin başladığı hərbi əməliyyatlardan sonra ərazidə ABŞ əsgərlərinin azaldılmasını və Suriya içindəki qaynaqlarını yenidən toplamaq və xarici ölkələrdə terror hadisələri törətmək üçün lazım olan potensialını gücləndirmək üçün istifadə etdiyinə dair fikirləri var. Bu, sadəcə, bir iddiadır və bunun real olduğunu heç kim söyləyə bilməz. Görünür, Pentaqon ABŞ dövlətindən ayrı hərəkət edir. Bu sözləri ABŞ-ın Xarici İşlər Nazirliyi üçün də deyə bilərik. Bunların məqsədi odur ki, prezident Trampı vətənə xəyanət ittihamı ilə vəzifəsindən uzaqlaşdırsınlar”.

Professor bildirib ki, bu məsələdə ABŞ ordusunun özündə də qarışıqlıq var: “Həmin hesabatda yayılan əsgəri görüşün tamamilə siyasi olduğunu düşünürəm. Türkiyənin Müdafiə Naziri Hulisi Akar 3 min İŞİD terrorçusunun zərərsizləşdirildiyini açıqlamışdı. Burda vurğulanması lazım olan bir məsələ var. Türkiyə Silahlı Qüvvələri yaxaladıqları bu terrorçuları həbs edərək onları yenidən fəaliyyətə keçməsinin qarşısını alıb. Bu baxımdan ABŞ müttəfiqimiz olaraq Türkiyəyə təşəkkür etməsi lazım olduğu halda, bu şəkildə hazırlanmış saxta hesablatlarla dünyanın gündəmini məşğul etməsini doğru deyil. Rusiyanın prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov son zamanlar açıqlamalarında ABŞ-ın Suriyanın neftini oğurladığını və ölkəni bölməyi planlaşdırdığını söyləyiblər. Bu məsələ çox həssas və reallığa uyğundur. Ümumiyyətlə, bu əməliyyatlardan sonra bölgə terrorçuların qalmadığını və qalanların da, İraqa qaçdığını düşünürəm. Digər əhəmiyyətli bir məqam isə 2016-ci ildə Trampın seçki kampaniyası zamanı çıxışlarında İŞİD terror təşkilatını quranların Barak Obama və Bill Klinton olduğunu söyləmişdi. Bağdadinin öldürülməsindən sonra bu terror təşkilatının zəiflədiyini düşünürəm. Onlar dərk etməlidir ki, Türkiyə bu terror təşkilatını quran yox, bölgədə onlarla açıq şəkildə siyasi və silahlı mübarizə aparan ölkədir . NATO-nun baş katibi də bunu çıxışlarında açıq şəkildə ifadə etmişdir. Düşünürəm ki, bu məsələ Londonda reallaşacaq NATO-zirvəsində də, müzakirə olunacaq və prezident Rəcəb Tayyip Ərdoğan bu mövzudakı həssaslığını təkrar dilə gətirəcək”. (Report)



Xəbərin oxunma sayı : 244




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap