Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Pfizer” vaksinini vurduranların özəl klinikalarda müayinəsi üçün ödənişlər ləğv olunub

Tarix 11.06.21, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


“Pfizer” vaksinini vurdurmaq üçün özəl klinikalara müraciət edənlər peyvənddən əvvəl tibbi müayinə zamanı ödəniş etməyəcəklər.

APA-nın məlumatına görə, əvvəlki qaydaya görə, vaksini vurdurmaq üçün özəl “Leyla Medical Center” və “Caspian İnternational Hospital”a müraciət edən şəxslərin peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq həyata keçirilirdi. Belə ki, peyvəndlənmədən əvvəl müayinəyə ehtiyac yaranırdısa, həmin müayinələr ödənişli əsaslarla aparılırdı.

Qeyd edək ki, özəl klinikalarda peyvənd vurdurmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçərkən bununla bağlı yerləşdirilmiş bildiriş də artıq saytdan çıxarılıb.

“Leyla Medical Center” və “Caspian İnternational Hospital”dan APA-ya məlumatı təsdiqləyiblər.

Əlavə edək ki, hazırda "Pfizer” vaksininin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır.



Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap