Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“PKK/YPG Rusiyadan mədət umur” - “The Washington Post”

Tarix 10.01.19, 23:38

Font ölçüsü : - / +
bitmap-img6


“Donald Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarından sonra kürd hərbi birləşmələri bütün ümidlərini Ruisyaya bağlayıblar”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Qəzet kürd mənbələrinə istinadən terrorçu YPG-PKK rəhbərliyinin Rusiyaya Suriya hökuməti ilə saziş bağlamaq üçün vasitəçi olmasından ötrü rəsmi müraciət etdiyini bildirib. Bununla terror təşkilatı Türkiyənin mümkün hücumundan özünü qorumaq istəyir.

“Bütün bunlar Rusiyanın Suriyada dominantlıq edən tərəfə çevrildiyini göstərir”, - deyə “The Washington Post”un məqaləsində qeyd olunub.

Təşklatın rəhbərlərindən Saleh Müslümün qəzetə bildirdiyinə görə, Moskva hələlik kürdlərin Suriya hökuməti ilə anlaşması üçün üzərinə heç bir öhdəlik götürməyib.

“Biz “yol xəritəmizi” ruslara göstərdik. İndi isə onların qərarını gözləyirik” - deyə Saleh Müslüm söyləyib.

Terror təşkilatının liderinin sözlərinə əsasən, onların təklifi Suriyanın 2012-ci ildən bu yana ilk dəfə PKK/YPG tərəfindən nəzarət edilən ərazilərdə suverenliyinin bərpasını nəzərdə tutur. Lakin bunun müqabilində kürdlər muxtariyyat istəyirlər.

“Rusiya hələlik nə Türkiyəyə, nə də YPG/PKK-ya hər hansı yardım vəd etməyib”, - deyə məqalədə yazılıb.

Qəzet ən sonda yanvar ayında Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Moskvaya səfər edəcəyinə diqqət çəkib.

Musavat.com



Xəbərin oxunma sayı : 163




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap