Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

"Polat Yol Yapı"da yeyilən milyonlar - İDDİA

Tarix 11.12.17, 5:36

Font ölçüsü : - / +
bitmap-img6


Mingəçevir-Bəhramtəpə yolununun inşasını həyata keçirən "Polat Yol Yapı” şirkətinin yarıtmaz fəaliyyəti davam edir. Şirkətin yol çəkilişi zamanı mövcud layihədən kənara çıxması, işləri keyfiyyətsiz aparması və yolun çəkilişi zamanı ətraf mühitə ziyan vurulması barədə Qlobal.az informasiya əldə edib. 
 
Öncə qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış borc sazişi əsasında həyata keçirilən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun ümumi uzunluğu 154,4 kilometrdir. Artıq yenidənqurma işlərinin 70-80 faizi arxada qalıb. Layihənin və digər yenidənqurma işlərinin 2018-ci ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Ancaq aparılan işlərə nəzər saldıqda burada ilk baxışdan işlərin çox keyfiyyətsiz, başdangetdi aparıldığı ortaya çıxır.
 
"Polat Yol Yapı” sərvətlərimizi talan edir
 
Qeyd edək ki, inşa edilən Mingəçevir-Bəhramtəpə yolunda kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların, su və yeraltı keçidlərin inşası işləri heç də keyfiyyətli və real faktorlara uyğun aparılmır. Əsas hissəsi Yuxarı Qarabağ kanalının alt hissəsini təşkil edən yolda yolaltı su xəttləri yalnız yolun asfalt örtüyünün, ən yaxşı halda isə yolun çiyinləri enində inşa edilib. Yolda inşa edilən su xəttlərinin diametrləri 40-50 il əvvəl yüz min hektarlarla münbit torpaqların suvarılması üçün istismara verilmiş Yuxarı Qarabağ kanalının su xəttlərinin diametri ilə uyğun gəlməməklə yanaşı, beton divarları da paralellik təşkil etmir. Belə olan təqdirdə isə yeni su xəttlərinin min hektarlarla əkin torpaqlarının suvarılması üçün yararlı ola bilməyəcəyi indidən məlumdur.
 
"Polat Yol Yapı”nın Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyəsi hesabına inşa etdiyi Mingəçevir-Bəhramtəpə yolunda digər ciddi problem isə yeraltı keçidlərlə bağlıdır. Yuxarıda bu yolun üst tərəfinin böyük hissəsini Yuxarı Qarabağ kanalının təşkil etdiyini yazmışıq. Bu yolun alt hissəsində isə onlarla kənd və yüz min hektarlarla münbit torpaq sahələri var. Yola çox yaxın olan Bərdə rayonunun Qaraməmmədli, Mirzalıbəyli, Köbərkənd, Həsənli, Qarayusifli, Hüseynbəyli, Mehdili, Hacallı, Bəcirəvan, Ağcabədi rayonunun Qaravəlli, Qiyaməddinli, Təzəkənd, Xocavənd və digər kəndlərin sakinlərinin pay torpaqları yeni inşa edilən yolun hər iki hissəsində yerləşir. Məhz bu amilə görə yeni inşa edilən yolun kənddən keçən hissələrində təsərrüfat işləri ilə məşğul olan kənd sakinlərinin və mal-qaraların yolu maneəsiz və təhlükəsiz keçmələri üçün ehtiyac duyulan sayda yeraltı keçirlər inşa edilməli idi. "Polat Yol Yapı” şirkəti isə respublika əhəmiyyətli yolun inşasında hansısa səbəblərdən yeraltı keçidlərin tikintisinin sayını ciddi olaraq "ixtisara salıb”. Sadaladığımız bu kəndlərin heç birində yeraltı keçid inşa edilməyib.
 
Şirkətin yeganə inşa etdiyi yeraltı keçid isə yolun Hacallı kəndindən keçən hissindədir. O da ki, çox eybəcər formada. Təsəvvür edin, Mingəçevir-Bəhramtəpə yolunun Hacallı kəndindən keçən hissəsinin uzunluğu 2 kilometrdən artıqdır. 600-dən artıq ailə təsərrüfatının yaşadığı Hacallı kəndində sakinlərin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Yolun bu kənddən keçən hissəsində təhlükəsizliyin təmin olunması üçün ən azından 3 keçid inşa edilməli idi.
 
Nəzərinizə çatdıraq ki, mövcud qanunvericiliyin tələblərinə görə, kənd təsərrüfatı məqsədli keçidlərin eni 6, hündürlüyü isə 4.5 metr, mal-qara keçidlərinin eni 4, hündürlüyü isə 2.5 metr olmalıdır.
 
"Polat Yol Yapı” şirkəti hazırda davam edən Mingəçevir-Bəhramtəpə yolunun inşasında təbiətimizə də vandalcasına yanaşır. Qlobal.az-a bildirilir ki, Yuxarı Qarabağ kanalının sol qoruyucu bəndinin daha da keyfiyyətli və uzunömürlü olması üçün burada 30-40 il əvvəl dövlət tərəfindən salınan kol və meşə zolağı da "Polat Yol Yapı”nın texnikaları tərəfindən məhv edilməkdədir. Kol və ağacların "dövlət layihəsi” adı altında şirkətin texnikaları tərəfindən tapdanması, əzilməsi, məhv edilməsi gələcəkdə kanalın aşağı bəndinin dağılmasına səbəb ola bilər. Belə olan təqdirdə isə minlərlə hektar əkin sahələri, kəndlər su altında qala, dövlətə 2010-cu ilin may ayında Kür daşqını zamanı olduğu kimi milyonlarla ziyan dəyə bilər.
 
"Polat Yol Yapı”nın maxinasiyaları
 
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində "Polat Yol Yapı” şirkəti tərəfindən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən inşası zamanı ciddi maxinasiyalara yol verildiyi deyilir.
 
Öncə qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli, 16 nömrəli qərarı ilə təsdiq olunmuş "Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri” QAYDALARInın müddəalarına görə 3-cü dərəcəyə daxil edilib. Ancaq respublika və beynəlxalq əhəmiyyətliliyini nəzərə alsaq yolu ikinci dərəcəyə də daxil etmək olar. Bununla işimiz yox...
 
"Polat Yol Yapı” şirkəti Mingəçevir-Bəhramtəpə yolunu üçüncü dərəcəli yolların qaydalarına uyğun olaraq iki zolaqlı inşa etsə də, hərəkət zolağının eni bəzi yerlərdə qaydalara uyğun deyil. Mövcud qanuna görə bir hərəkət zolağının eni 3.5, ümumilikdə isə 7 metr olmalı olan halda inşa edilən yol bəzi yerlərdə 6.70, 6.80, bəzən isə 6.5 metrədək qısalır.
 
Yolun çiyinlərinin enində qaydalar ciddi pozulmasa da nöqsanlar da yox deyil. 2.5 metrlik qaydanın tələbləri Bərdə rayonunun Hüseynbəyli, Hacallı, Ağcabədi rayonunun Təzəkənd istiqamətində bəzi hallarda pozulur.
 
Gəncə-Bəhrəmtəpə yolunun tikintisini həyata keçirən "Polat Yol Yapı” şirkətinin yolun tikintisi zamanı Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar etməsi barədə də ciddi ittihamlar səsləndirilir. Belə ki, şirkətin Qarqar və Tərtər çaylarının ətrafında istismar etdiyi ərazilərlə bağlı hər hansı bir sənədinin olmadığı deyilir. Sadəcə yolun ərazisindən keçdiyi Rayon İcra Hakimiyyətlərinin (Ağcabədi və Bərdə) və Fövqalədə Hallar Nazirliyinin regional şöbəsinin "hesabı”nı verməklə dövlətin yeralltı sərvətini taladığı iddia olunur. Ölkəmizdəki qanunlara görə yeraltı təbii sərvətlərin istismarı yuxarıda qeyd etdiyimiz nazirliyin rəsmi icazəsi əsasında həyata keçirilməlidir. Fövqalədə Hallar Nazirliyinin icazəsindən sonra isə dövlət büdcəsinə qanunda göstərildiyi miqdarda vəsait köçürülməlidir. Bundan sonra icazə əsasında təyin edilmiş ərazidən qum, çınqıl matreallarının daşınması olar.
 
Mingəçevir-Bəhramtəpə yolunun tikintisi "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarəti altında həyata keçirilsə də, aidiyyatı qurumlar- hansı ki, yolun istismara veriləcəyi zaman yaradılacaq "Dövlət Qəbul Komissiyası”nın tərkibində olacaq aidiyyatı qurumlar - müntəzəm olaraq işin gedişinə nəzarət etməlidirlər. Bu hal beynəlxalq praktikada da tətbiq olunur. Ancaq nədənsə "Polat yol Yapı”nın inşa etdiyi yola Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsdən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyindən hansısa nümayəndənin gəlişini görən olmayıb.
 
Bir müddət əvvəl "Polat Yol Yapı” şirkətinin Qarqar çayının "Polat Yol Yapı” şirkəti tərəfindən tanal edilməsi barədə məlumatlar mediada yayılandan sonra əldə etdiyimiz məlumata görə, Fövqaladə Hallar Nazirliyinin rəhərliyi aidiyyatı idarələrə məsələnin araşdırılması, müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verib. Ancaq nazirliyin alt qurumları nədənsə bu məsələdə susqunluq nümayiş etdiriblər. Hətta bu qurumların rəhbərliyə səhv məlumatlar verməsi barədə də məlumatlar dolaşır. 
 
"Polat yol Yapı” şirkətinin Mingəçevir-Bəhramtəpə yolunun inşası zamanı skandal sayıla biləcək daha bir məlumat isə yol yatağının çəkilişində daş-çınqıl əvəzinə daha çox torpaqdan istifadə olunmasıdır. Bu cür neqativ hala yolun Bərdə rayon ərazisindən keçən hissəsində daha çox rast gəlindiyi iddia olunur. 
 
Təqdirəlayiq heç bir iş yoxdur?
 
Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyəsi hesabına, Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarəti altında inşa edilən Mingəçevir-Bəhramtəpə yolunun inşası zamanı təqdir olunası yeniliklərdən ən əsası yolun keçdiyi çayların üzərində körpülərin tikilməsidir. 154.4 kilometrlik yolda 5 çayın üzərində körpü tikilib. Ancaq bu körpülərin tikintisi zamanı da "Polat Yol Yapı” xarakterik olaraq bir "amma”ya yol verib. Belə ki, bu körpülərin kənarlarında dəmir qoruyucularla əhatələnmiş piyada yolunun olmadığı deyilir.

Yazıda adları çəkilən aidiyyatı qurumlar münasibət bildirə bilərlər.



Xəbərin oxunma sayı : 1942




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap