Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İpoteka adı ilə vətəndaşları aldadan şirkət rəhbəri - “Polisə rüşvət təklif etdim ki, işi bağlasın“

Tarix 15.10.19, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara ipoteka ilə ev almağa yardım göstərəcəyi vədi ilə dələduzluq etməkdə təqsirləndirilən Aydın İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, proses hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilib.

Aydın İsmayılov aclıq etdiyini deyərək məhkəmə prosesinə qatılmaq istəmədiyini bildirsə də, hakim müayinə edilən zaman onun səhhətində heç bir problem olmadığının müəyyənləşdiyini vurğulayıb. Kanvoy əməkdaşlarının qolundan tutaraq zala gətirdikləri təqsirləndirlən özünü halsız kimi aparıb və başını çiyninə doğru əyərək stulda oturub. Məhkəmə onun hərəkətlərinin məqsədli olduğu qənaətinə gəlib.

Bir neçə dəqiqə sonra "huşu özünəgələn" Aydın İsmayılova hakim xəbərdarlıq edərək bu cür hərəkətlərin çıxış yolu olmadığını və ondan doğru ifadə verməsini istəyib.

Aydın İsmayılov ayağa qalxaraq işi araşdıran müstəntiqin dindirilməsini istəyib. Hakim isə müstəntiqin dindirilməsi üçün heç bir əsas olmadığını deyib.

Sərbəst ifadə vermək təklif olunan Aydın İsmayılov danışmaq istədiyini deyib, amma məhkəmədən vaxt istəyib.

Məhkəmə zalında olan zərərçəkmişlər isə Aydın İsmayılova "artist" deyərək ona etiraz ediblər. Bildiriblər ki, A.İsmayılov məhkəmə prosesinin uzanması üçün hər şey edir. Hakim ifadə verməyə hazırlaşmaq üçün A.İsmayılova vaxt verib.

Prosesdə ifadə evrən zərərçəkmiş Xanlar Əliyev 10 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini söyləyib. O bildirib ki, bu məbləği A.İsmayılova ev almaq üçün versə də, aldanıb və pulunu tələb edir.

Prosesin davamında Aydın İsmayılov bildirib ki, istintaq dövründə heç bir yerə qaçmayıb: "Mən Korrupsiya İdarəsinə (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi - red.) görüşə getmişəm. Müstəntiqlə də görüşmüşəm. Videogörüntülərlə tələb edirəm, amma vermirlər. Həmçinin polis müstəntiqi ilə də görüşdüm. Özüm polisə rüşvət təklif elədim ki, pul alıb, bu işi bağlasın. Amma bunu sübut edə bilmirəm. Lakin videogörüntülər var. Mən necə axtarışa verilmişəm, hara qaçmışam?".

Proses davam edəcək.

Qeyd edək ki, A.İsmayılov daha əvvəl də dələduzluğa görə həbs cəzası alıb. 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Aydın İsmayılov vaxtından əvvəl, 2017-ci ildə azadlığa çıxıb.

A.İsmayılov sonuncu dəfə həbs edilənə qədər "SN qrup" MMC-nin direktoru olub.

İttihama görə, Aydın İsmayılov öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə 2018-ci ilin iyul-avqust aylarında feysbuk sosial şəbəkəsində elan verməklə ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC tərəfindən güzəştli kredit veriləcəyini bildirib.

Həmin elanla əlaqədar ona müraciət edən ayrı-ayrı şəxsləri cəmiyyətin ofisinə dəvət edərək, onlara şəxsiyyət vəsiqəsi ilə az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti verəcəyini yalandan bildirib. Bu yolla həmin şəxsləri aldadaraq, bankda yerləşən şəxsi hesabına ümumilikdə 97 min manat məbləğində pulun köçürülməsinə nail olub. Lakin verdiyi vədə əməl etməyib.

Təqsirləndirilən Aydın İsmayılov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) və 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.



Xəbərin oxunma sayı : 712




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap