Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

İpoteka və Kredit Zəmanət Fondu maliyyə hesabatını yaydı – Rəqəmlər

Tarix 12.12.19, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il oktyabrın 1-nə 1 188,497 milyon manat təşkil edib.

Fondun maliyyə hesabatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.

İKZF-in aktivlərinin 81,1%-ni və yaxud 963,529 mln. manatını ipoteka kreditləri təşkil edib. Son 1 ildə Fondun kredit portfeli 18,9% böyüyüb.

Hesabat dövründə İKZF-in öhdəlikləri 9,8% azalaraq 538,391 milyon manata, o cümlədən borc öhdəlikləri 11,6% azalaraq 513,439 milyon manata düşüb, Fondun balans kapitalı isə 22,4% artaraq 650,106 milyon manata çatıb.

Bu ilin 9 ayında İKZF-in faiz gəlirləri 36,813 milyon manat (ötəh ilin 9 ayına nisbətən 5,5% çox), faiz xərcləri 14,644 milyon manat (15% çox), dəyərsizləşmə üzrə zərəri 434 min manat (47,9% az), haqq və komissiya xərcləri 741 min manat (30% çox), digər gəlirləri 968 min manat (9,95% az), insan resursları üzrə xərcləri 3,086 milyon manat (31,7% çox), inzibati və digər xərcləri isə 1,909 milyon manat (24,85% çox) təşkil edib. Son nəticədə Fond yanvar-sentyabr aylarını 16,967 milyon manat mənfəətlə başa vurub. Bu, illik müqayisədə 5,4% azdır/Report.




Xəbərin oxunma sayı : 457




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap