Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanın ən çox energetik içki idxal etdiyi 5 ölkə - Qiymət

Tarix 06.03.26, 16:13

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan xarici ölkələrdən şəkər əlavələri və ya digər şirinləşdirici, dad-aromatik maddələr əlavə edilmiş sular, o cümlədən mineral, qazlı və alkoqolsuz energetik içkilər idxal edib.

Valyuta.az xəbər verir ki, idxalın ümumi həcmi 3525,76 min dekalitr, ümumi dəyəri isə 44 230,44 min ABŞ dolları təşkil edib. Hesablamaya görə, idxal olunan bu məhsulların 1 dekalitrinin orta qiyməti 12,54 ABŞ dolları və ya 21,33 manat olub.

Beləliklə, ən çox idxal Gürcüstandan həyata keçirilib. Bu ölkədən 2167,86 min dekalitr məhsul 29 935,14 min ABŞ dollarına alınıb. Beləliklə, Gürcüstandan idxal edilən içkilərin 1 dekalitrinin qiyməti 13,81 ABŞ dolları və ya 23,47 manat təşkil edib.

Rusiyadan 644,16 min dekalitr məhsul 5166,6 min ABŞ dollarına idxal olunub. Bu halda 1 dekalitrin qiyməti 8,02 ABŞ dolları və ya 13,64 manat olub.

Türkiyədən 507,13 min dekalitr məhsul gətirilib və bunun dəyəri 5863,65 min ABŞ dolları olub. Hesablamaya əsasən, Türkiyədən alınan məhsulun 1 dekalitrinin qiyməti 11,56 ABŞ dolları və ya 19,66 manat təşkil edib.

Türkmənistandan sözügedən məhsul idxalı 45,55 min dekalitr həcmində olub, dəyəri isə 251,88 min ABŞ dolları təşkil edib. Bu ölkədən alınan məhsulun 1 dekalitrinin qiyməti 5,53 ABŞ dolları və ya 9,40 manat olub.

Belarusdan isə 43,56 min dekalitr məhsul gətirilib. Bu idxalın dəyəri 272,2 min ABŞ dolları olub. Nəticədə, Belarusdan idxal edilən məhsulun 1 dekalitrinin qiyməti 6,25 ABŞ dolları və ya 10,62 manat təşkil edib.



Xəbərin oxunma sayı : 1423




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap