Röyanın açıq sinəsi: Almaz boyunbağı və ... – Foto Dubayda olan Afaq Aslan hər şeyi açdı: Ərəb şeyxi mənə... Rəqqasə Renkadan erotik rəqs – VİDEO Azəraycanlı modelin alt paltarında videosu yayıldı – VİDEO
Axtar
 
  • / Maqazin / — 04 Mart 2019

    Röyanın açıq sinəsi: Almaz boyunbağı və ... – Foto

  • / Maqazin / — 03 Mart 2019

    Dubayda olan Afaq Aslan hər şeyi açdı: Ərəb şeyxi mənə...

  • / Maqazin / — 25 Fevral 2019

    Rəqqasə Renkadan erotik rəqs – VİDEO

  • / Maqazin / — 24 Fevral 2019

    Azəraycanlı modelin alt paltarında videosu yayıldı – VİDEO

  • / Maqazin / — 21 Fevral 2019

    Aysundan diqqətçəkən pozlar - Fotolar

  • / Maqazin / — 19 Fevral 2019

    Dilarə təqdimata tül paltar geyindi - Fotolar

Prezident Administrasiyasının məsul işçiləri 11 rayonda camaatla görüşdü – Hansı problemlər qaldırıldı?

Tarix 14.03.19, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, martın 14-də Bakının Yasamal rayonunda, Mingəçevir şəhərində, Ağdam, Ağdaş, Biləsuvar, Cəbrayıl (Biləsuvar), Hacıqabul, Kürdəmir, Qazax, Qəbələ və Quba rayonlarında vətəndaşlarla görüşlər keçirilib.

AzFakt.com Azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib.

Dövlətimizin başçısının da dediyi kimi, yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Həmçinin görüşlərdə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Martın 15-də Prezident Administrasiyasının məsul işçiləri Bakının Binəqədi rayonunda, həmçinin Yevlax, Ağstafa, Bərdə, Cəlilabad, Göyçay, Xaçmaz, Xocavənd (Beyləqan), Neftçala, Oğuz və Ucar rayonlarında vətəndaşları qəbul edəcəklər.



Xəbərin oxunma sayı : 391

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda