Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Prezident ciddi olaraq parlament seçkilərinə hazırlaşır” - Siyasi şərhçidən seçki açıqlaması

Tarix 09.03.19, 14:18

Font ölçüsü : - / +
bitmap-img6


"Prezidentin xalq arasına çıxması Azərbaycanda gələn il keçiriləcək parlament seçkilərinə hazırlıqdır. Çünki YAP hakim partiya olaraq artıq öz rolunu oynayıb və o çox köhnəlib, zamanla ayaqlaşa bilmir, dünyagörüşü də durğunlaşıb”. 

AzFakt.com "Yeni Sabah”a istinadən xəbər verir ki, bunu siyasi şərhçi Erkin Qədirli deyib. 

O, güman edir ki, YAP-ın bu durumunu prezident özü də anlayır. Buna görə də, E. Qədirli düşünür ki, bundan sonrakı parlamentdə tam yeni simalar olacaq: "Yeni kadrlardan formalaşacaq parlamentin xeyli hissəsi yeni nəsldən, korrupsiyaya bulaşmamış şəxslərdən ibarət olacaq. Təbii ki, onların siyasi təcrübələri azdır və bu boşluğu aradan qaldırmaq üçün prezident öz siyasi çəkisini ortaya qoymaq istəyir. 

İlham Əliyev bu vaxta kimi keçirilən prezident seçkilərində öz kampaniyasını aparmasa da, heç vaxt debatlara çıxmasa da, parlament seçkilərində güman ki, bu funksiyanı özü aparmaq istəyir. Ona görə də düşünürəm ki, parlament seçkilərinin təbliğatı zamanı biz prezidenti mitinqlərdə, debatlarda hakimiyyətin irəli sürdüyü namizədlərin təbliğatında çox görəcəyik. İndi prezidentin əhali arasına çıxması da seçkilərə hazırlıq kimi qavranılmalıdır. Yəni prezident ciddi olaraq parlament seçkilərinə hazırlaşır”.

 



Xəbərin oxunma sayı : 832




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap