Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilib? Dünya liderlərinin 11 ən gözəl xanımı - FOTOLAR Burak və Fahriye söz-söhbətə son qoydular Aygünün “İtkin gəlin”i ilə bağlı oğurluq qalmaqalı
Axtar
 
  • / Maqazin / — 24 Aprel 2017

    Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilib?

  • / / — 23 Aprel 2017

    Dünya liderlərinin 11 ən gözəl xanımı - FOTOLAR

  • / Maqazin / — 22 Aprel 2017

    Burak və Fahriye söz-söhbətə son qoydular

  • / Maqazin / — 19 Aprel 2017

    Aygünün “İtkin gəlin”i ilə bağlı oğurluq qalmaqalı

  • / Maqazin / — 16 Aprel 2017

    “Küçədə şirə satırdım“ - “Anne“nin qəhrəmanı

  • / Maqazin / — 15 Aprel 2017

    “Sevdiyim insan var, amma o, bunu bilmir” - Təranə

Prezidentin 2016-cı ildə xarici ölkələrə etdiyi səfərlərin sayı açıqlanıb

Tarix 10.01.17, 12:05

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ildə 12 ölkəyə 16 səfər edib


"Report" "Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, dövlət başçısı ötən il 9 beynəlxalq toplantıda iştirak edib.

Prezident İlham Əliyev ötən il Davos Ümumdünya İqtisadi Forumunda, “Suriyaya və regiona dəstək” konfransında, Münxen Təhlükəsizlik Konfransında, IV Nüvə Təhlükəsizliyi Sammitində, İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, Dünya Humanitar Sammitində, NATO-nun Varşava Sammitində, MDB Dövlət Başçıları Şurasının iclasında, Dünya Enerji Konqresində iştirak edib və bu beynəlxalq tədbirlərin keçirildiyi müddətdə bir çox dövlət başçıları, hökumət nümayəndələri, tanınmış şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Prezident ötən il Türkiyə Respublikasına 4 dəfə səfər edib. Bu səfərlərin üçündə dövlət başçısı beynəlxalq tədbirlərə - İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində (13-15 aprel), Dünya Humanitar Sammitində (22-23 may) və Dünya Enerji Konqresində (9 oktyabr) iştirak edib.

İlk səfər mart ayının 15-də gerçəkləşib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşdən sonra Ankarada dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. İclasdan sonra iki ölkə arasında 3 yeni saziş və bir protokol imzalanıb. Bu səfərlər çərçivəsində dövlət başçısı 7 görüş keçirib.



Xəbərin oxunma sayı : 82

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda