Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Prezidentin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır“

Tarix 26.12.16, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


“Dünən  cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün soydaşlarımızı təbrik edərək, onların  hər birinə firavan həyat və işlərində müvəffəqiyyətlər arzulayıb. Azərbaycan dövləti dünyanın hansı ölkəsində yaşamasından  asılı olmayaraq,  həmvətənlərimizə həmişə xüsusi diqqət yetirib, onların səmərəli  fəaliyyətini yüksək qiymətləndirib“.   

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi  Əli Həsənov  xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı  müzakirələrə münasibət bildirərkən deyib.
 
Ə. Həsənov qeyd edib ki, Prezident İlham Əliyev də mərhum prezident Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızla bağlı həyata keçirdiyi siyasətə həmişə sadiqliyini nümayiş etdirir və  həmvətənlərimizlə bağlı məsələlərə prinsipial şəkildə yanaşaraq  onları  daim diqqət mərkəzində saxlayır: "Cənab Prezident  Dünya Azərbaycanlılarının II  Qurultayındakı çıxışında qeyd edib ki, dünyada yaşayan soydaşlarımız təşkilatlanır, yaşadıqları ölkələrin həyatında daha da fəal rol oynayırlar. Prezident qeyd edib ki, bu, həm onların mövqelərini möhkəmləndirir, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının mövqeyini gücləndirir, əhəmiyyətini artırır: "Biz çox şadıq ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar o ölkələrin həyatında, iqtisadiyyatında çox mühüm rol oynayırlar və demək olar ki, artıq çox möhkəm mövqelərə malikdirlər”.
 
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla  bağlı mövqeyi birmənalıdır və bu yanaşmada  həmvətənlərimizin  fəaliyyətinə yüksək qiymət öz əksini tapıb: " Ona görə də hər hansı şəxsin xaricdə yaşayan azərbaycanlılarla bağlı fikirləri yalnız onun öz düşüncəsinin məhsulu olub fərdi mövqeyini ifadə edir və bununla bağlı  məsuliyyəti də  bilavasitə o özü daşıyır".
 
Ə. Həsənov xaricdə yaşayan soydaşlarımızı qarşıdan gələn həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib,  onlara cansağlığı, xoşbəxtlik  və səadət arzulayıb.
 
Qeyd edək ki, Milli Məclis üzvü Astan Şahverdiyevin xaricdə yaşayan azərbaycanlılar barədə işlətdiyi ifadələr narazılıq doğurub və sosial şəbəkələrdə aktiv müzakirə olunmaqdadır.



Xəbərin oxunma sayı : 490




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap