Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Prinsipial mövqe nümayiş etdirin” –Məmmədyarov BMT tribunasından çağırış etdi

Tarix 26.02.19, 19:54

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistan və Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə, insan hüquqlarına və inkişafa hələ də əsas təhdid olaraq qalmaqdadır”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 40-cı sessiyasında deyib.

“Bu gün Azərbaycan bu münaqişənin qəddar səhifələrindən birinin – 106-sı qadın, 63-çü uşaq və 70-i yaşlılar olmaqla Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin kiçik şəhərinin 613 sakininin 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən qətlə yetirildiyi, Ermənistan tərəfindən törədilən Xocalı soyqırımının 27-ci ildönümünü qeyd edir“, – E.Məmmədyarov vurğulayıb.

XİN başçısı qeyd edib ki, qonşu Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi 1992-ci ildən bəri işğal altındadır: “Etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından zorla didərgin salınaraq məcburi köçkün vəziyyətində qalmaqdadırlar və bu, 10 milyon əhalisi olan bir ölkədə adambaşı hesablamalara görə dünyada ən çox məcburi köçkün və qaçqınların olduğu bir ölkədir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını qəti şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və bir çox digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayaraq Azərbaycan ərazilərinin işğalını davam etdirir.

Məhz bu kontekstdə mən BMT İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin insan hüquqları üzrə ali komissarını 20 ildən çoxdur ki hüquqları pozulan azərbaycanlı məcburi köçkün və qaçqınların insan hüquqlarının bərpası və ədalətin aliliyinin təmin edilməsi üçün səmərəli tədbirlər və prinsipial mövqe nümayiş etdirməyə çağırıram”.

Report



Xəbərin oxunma sayı : 553




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap