Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Putin Zelenskidən birbaşa soruşub ki...” – Ukrayna və Rusiya liderlərinin telefon danışığı

Tarix 15.02.20, 15:31

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna prezidenti Vladimir Zelensi və onun rusiyalı həmkarı Vladimir Putin fevralın 14-də telefonla Normand formatında yeni sammitə hazırlığı və mümkün məhbus mübadiləsini müzakirə ediblər.

Zelenskinin administrasiyasının bu barədə məlumatında deyilir: "Vladimir Zelenski və Vladimir Putin bu söhbət zamanı Donbasın müvəqqəti işğal altında olan ərazilərində, Krımda və Rusiya Federasiyasında saxlanan Ukrayna vətəndaşlarının azad edilməsinə xüsusi diqqət yetiriblər”.

Prezident seçkisində qalib gəldikdən sonra 41 yaşlı keçmiş komediya aktyoru Zelenski Rusiya ilə Ukrayna arasında çoxdan gözlənilən əsir mübadiləsini həyata keçirə bilib. Əsir mübadiləsi ötən ilin sentyabr və dekabr aylarında gerçəkləşdirilib.

İki lider ilk dəfə olaraq dekabrda Parisdə Normand formatında keçirilən danışıqlarda görüşüblər. Bu danışıqlarda Fransa və Almaniya da iştirak edir.

Lakin Kremlin fevralın 14-də yaydığı bəyanata görə Putin bu söhbət zamanı Zelenskidən birbaşa soruşub: Kiyev 2015-ci ildə imzalanmış Minsk razılaşmalarını icra etmək niyyətindədirmi? Bu razılaşmalar Belarus paytaxtında Fransa və Almaniyanın vasitəçiliyi ilə əldə olunmuşdu.

Razılaşmalara habelə Donbasda atəşkəsin bərqərar edilməsi də daxil idi. Lakin tərəflər arasında atəşkəsi saxlamaq mümkün olmayıb.

Kremlin bəyanatında deyilir: "Rusiya prezidenti Minskdə razılaşdırılmış və 2019-cu il, 9 dekabr görüşü də daxil, Normand sammitində qəbul edilmiş bütün tədbir və qərarların tam və qeyd-şərtsiz icrasının mühümlüyünü vurğulayıb. Vladimir Putin birbaşa soruşub: Kiyev həqiqətən də Minsk razılaşmalarına əməl etmək niyyətindədirmi?”

Moskva və Kiyev arasında münasibətlər 2014-cü ildə Ukraynada rusiyayönlü prezident Viktor Yanukovych devrildikdən sonra düşmənçilik müstəvisinə keçib. Bunun ardınca Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib və Donbasda bugünədək davam edən separatçı münaqişəni qızışdırıb. (azadliq.org)



Xəbərin oxunma sayı : 652




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap